Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (6-02-2018, 21:00)
“Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam”

“Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam”

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid qızı Könül Əkbərovanı idarə etdiyi "Jeep" markalı maşınla vuraraq öldürməkdə təqsirləndirilən 17 yaşlı Rəhim Rəhimovun məhkəməsi keçirilib. 

Mediatv.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun icraatında olan prosesdə şahidlər ifadə verib. 

Səbail YPX əməkdaşı, baş leytenant Yasin Abbaslı deyib ki, YP 251 nömrəli avtomobildə xidmət edib: "Biz ora çatanda YP 250 saylı avtomobil orda idi. Yolu tənzimləyirdim, gördüm yolun əks tərəfində bir oğlan ağlayır, başına da mülki şəxslər toplaşmışdı. Bu oğlana yaxınlaşıb dedim ki, təhlükəsizliyinə görə polis işçilərinin yanında dayansın. Mən onu YP 254 saylı maşının yanına ötürdüm. Bu oğlanın maşını nömrəsiz idi, nömrəsi açılmışdı. Qəzanı törətdiyini özü dedi. Həmin vaxt təcili yardım maşını gəldi, mən onlara şərait yaratmaqla məşğul olurdum. Rəhimin hadisə yerindən getməsindən xəbərim olmayıb. Müstəntiq gələndən sonra bildik ki, Rəhim artıq hadisə yerində yoxdur. Müstəntiq nömrəni maşından tapdı. Bu hadisəyə görə bizim barəmizdə xidməti yoxlama aparıldı və cəzalandırıldıq".

Ailənin sürücüsü Əmrulla Şahbazov deyib ki, Rəhim ad gününə getmək üçün ondan maşını istəyib:  "Mən dedim atan bilmir axı, dedi eybi yox. Sonra zəng edib dedi ki, adam vurmuşam. Mən hadisə yerinə çatanda dağılışmışdılar. İdarəyə gedib müstəntiqi tapdım. Ona dedim ki, maşını atasından icazəsiz vermişəm, hadisəni öz üzərimə götürmək istəyirəm. Qorxumdan belə dedim, o da bir sənəd yazdı. Nə yazdığını bilmədim,  oxumadan qol çəkdim. Mən oxuya bilmirəm. Müstəntiq dedi çıx get, daha səni çağırmayacağam. Sonradan Rəhimin atası dedi ki, hadisə necə olubsa elə də danış".

Məhkəmənin təşəbbüsü ilə işi aparan müstəntiq Vüqar Abbasovun və yol polisi zabiti Asif Kərimovun prosesə dəvət olunaraq dindirilməsinə qərar verib. 

Proses fevralın 13-də davam etdiriləcək. 

Hadisə 2017-ci il noyabrın 8-də Bayraq meydanının yaxınlığında baş verib. 

İttihama görə, R.Rəhimov “Jeep Grand Cherokee” markalı 90-FO-007 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əkbərova Könül Elton qızını vurub və piyada vəfat edib. R. Rəhimov isə hadisə yerindən qaçıb.

R. Rəhimov Cinayət Məcəlləsinin 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilir. 

O, noyabrın 29-da saxlanılaraq ifadəsi alınıb və sərbəst buraxılıb, Dekabrın 4-də isə şübhəli şəxs qismində tutularaq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Nəqliyyat vasitəsinə sahiblik hüququ olan Əmrulla Şahbazov tərəfindən maşını sürücülük vəsiqəsi olmayan şəxsə verdiyi üçün inzibati qaydada məsuliyyətə cəlb olunub. 

Qəza zamanı vəfat edən, 3 uşaq anası olan K.Əkbərova şəhid Elton Əkbərovun qızıdır. Onu vuran 17 yaşlı gənc isə iş adamı, "Xırdalan Xəz"  Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Akif Rəhimovun oğlu Rəhim Rəhimovdur. A.Rəhimov isə “Yeganə” şadlıq sarayının rəhbəri Məmməd Rəhimovun qardaşıdır.

шаблоны для dle 11.2

Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024