Kriminal (11-01-2018, 23:00)
Rusiyada azərbaycanlı qatil mühakimə olunur
Rusiyanın Ulyanovsk vilayətində öz ərinin qətlinə sifariş vermiş qadın və azərbaycanlı qatilin işi ilə bağlı məhkəmə prosesi başlayır.
Mediatv.az bu barədə “Екатеринбург в эфире”ə istinadən məlumat yayıb.
“8 oktyabr 2014-cü ildə Dimitrovqradın Svirsk küçəsində kişi meyiti tapılıb. Həmin şəxsi Azərbaycandan olan qatil qətlə yetirib, sifarişi isə öz həyat yoldaşı verib. Qatilə buna görə 500 min rubl ödəyib. İş üzrə materiallar məhkəməyə göndərilib”, – deyə məlumatda qeyd olunur.
Məlumata görə, cinayətkar hadisəni törədən zaman lüləsi kəsilmiş ov tüfəngindən istifadə edib. Qətli törətdikdən çox keçməmiş polis tərəfindən saxlanılıb. Öz ərinin qətlini sifariş vermiş qadının cinayət əməlləri bir neçə maddə üzrə tövsif olunur, - deyə Ulyanovsk vilayəti prokurorluğunun mətbuat xidməti bildirib.