Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (28-12-2017, 10:43)
Əhalinin yeyilən 28 milyonu və oğula 400 minlik toy.. - FOTO

Əhalinin yeyilən 28 milyonu və oğula 400 minlik toy.. - FOTO

Lisenziyası ləğv olunan Dəmirbank ASC-də kompensasiya edilməyən 28 milyon manatdan artıq əmanətin qaytarılmayacağı xəbəri ciddi narahatlıq doğurub. İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, müflis olan bankın qorunmayan əmanətləri o halda qaytarıla bilər ki, aktivlər passivləri üstələsin.
İqtisadçı Vüqar Bayramovun sözlərinə görə, müflis olan bankın qorunmayan əmanətləri o halda qaytarıla bilər ki, aktivlər passivləri üstələsin.

Axar.az xəbər verir ki, fəaliyyətinə xitam verilən sözügedən bankda əmanətlərlə bağlı problemlər əslində, xeyli vaxt əvvəldən başlanıbmış.

Hələ Roman Əmircanovun banka sədrlik etdiyi dövrdə əmanətçilərlə bank arasında mübahisə yaşanırdı. Hazırda mənimsənilən həmin əmanətlərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsində proses gedir. Təqsirləndirilənlər - Dəmirbank ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin işinə baxılır.

Filial müdiri himayəsində azyaşlı uşaq olduğu nəzərə alınaraq, ev dustaqlığına buraxılıb. İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.

Zərər çəkən yeddi nəfər vətəndaşın, o cümlədən şəhid və Milli Qəhrəman ailələrinin üzvlərinin, şair Xəlil Rza Ulutürkün oğlunun pulları mənimsənilib.

Depozit əmanətlərin müqavilə müddətlərinin aylardır bitməsinə baxmayaraq, bu günə qədər geri qaytarılmayıb.
Əhalinin yeyilən 28 milyonu və oğula 400 minlik toy.. - FOTO
"Dəmirbank"ın rəhbərliyində dəyişiklik də əmanətçilərin dadına çatmayıb. Müşahidə Şurasının sədri Rəhman Hacıyev, keçmiş kürəkəni, bankın İdarə Heyətinin sədri Fərid Abbasov da əmanətləri qaytara bilməyiblər.

Banka rəhbərlik etmiş R.Əmircanov isə 16 oktyabr 2009-cu il tarixdən "Dəmirbank"ın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib və 2016-cı ilə qədər bu vəzifədə işləyib.

Xatırladaq ki, onun oğlu Rəşad Əmircanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində işləyib və hazırda həbsdə olan general Akif Çovdarovun qızı ilə evlidir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024