Kriminal (15-10-2017, 14:30)
Bakıda atışma - Rəis müavini güllələndi
Bakının Nizami rayonunda 1 nəfərin yaralanması ilə nəticələnən silahlı insident baş verib.
Mediatv.az Report-a istinadən xəbər verir ki, insident naməlum şəxslərlə polis əməkdaşları arasında qeydə alınıb.
Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis bölməsinin rəisi polis polkovnik-leytenantı Qədirov Elsəvər Maksim oğlu və Səbail RPİ-nin əməliyyat üzrə rəis müavini polis zabiti Orxan Axundzadə şübhəli şəxslərin olduğu “Toyota Prado” markalı avtomobili izləyib.
Qara Qarayev prospekti, “Ruslan 93” idman kompleksinin qarşısında polis zabiti Orxan Axundzadə “Toyota"ya yaxınlaşıb. Avtomobildə olan şübhəli 3 şəxsdən biri “Vinçestr” markalı odlu silahdan polislərə atəş açıb. Rəis müavini O.Axundzadə isə yaralanıb.
Şübhəli şəxslər polislərlə atışmadan sonra ərazidən qaça biliblər.
O.Axundzadə sağ ayağından aldığı güllə yarası ilə M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə (Eksperimental Xəstəxana) yerləşdirilib.
İnsident yerinə Səbail Rayon Polis İdarəsinin rəisi də gəlib. Hazırda araşdırma aparılır.