Kriminal (7-09-2017, 15:00)
Namus üstündə qardaşı arvadını bıçaqladı
Lənkəran rayon Şovu kənd sakini Rəşad Nüsrətovun qardaşının həyat yoldaşı Bahar Məmmədovaya bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum olub.
Mediatv.az publika.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb B.Məmmədovanın telefonundakı SMS-lər olub.
Belə ki, R.Nüsrətov B.Məmmədovanın telefonunda əvvəl qonşuları olmuş, heç bir qohumluq əlaqələri olmayan bir kənd sakininin nömrəsini görüb. Yad kişinin nömrəsinin onda nə üçün olduğunu soruşub. Telefona baxanda həmin şəxsdən qadına əxlaqsız məzmunlu mesajların göndərildiyinin şahidi olub. Buna görə də aralarında münaqişə başlayıb. Münaqişə zəminində o, qardaşının həyat yoldaşını bıçaqlayıb.
R.Nüsrətovun qardaşı isə hazırda Rusiyadadır. Sakinlər deyir ki, o işlədiyi üçün ilin bəzi aylarını Rusiyada olur.
Hadisə nəticəsində xəsarət alan B.Məmmədova xəstəxanadadır. R.Nüsrətov isə polis tərəfindən saxlanılıb. Araşdırma aparılır.