Kriminal / Karusel (31-05-2014, 22:08)
Məzun qız qadın bıçaqladı - Təfərrüat
Dünən Bakının Yasamal rayonunda həmyerlisi Məryəm Hüseynovanı bıçaqlamış Aytən Abbasova məzun imiş.
ANS PRESS-in məlumatına görə, 17 yaşlı Aytən hadisəni "son zəng" tədbirindən sona törədibmiş.
***
Ötən gün Bakının Yasamal rayonu ərazisindən qadınlar arasında dava cinayətlə yekunlaşıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Məryəm Hüseynova həmyerlisi Aytən Abbasova ilə dava edib. İki qadının davası sonradan əlbəyaxaya çevrilib.
Dava zamanı Aytən Abbasova Məryəm Hüseynova bir neçə bıçaq zərbəsi vurub. Daha sonra Məryəm Hüseynova hadisə yerindən qaçıb.
Ağır yaralanan Məryəm Hüseynova xəstəxanaya yerləşdirilib.
Yasamal rayon Polis İdarəsi 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Aytən Abbasova tutulub.
Faktla bağlı araşdırma aparılır.