Kriminal (13-03-2014, 14:09)
Bakının kriminal xəbərləri
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidməti ötən gün paytaxtda baş verən kriminal hadisələrlə bağlı açıqlama yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir:
Martın 12-də İ.Qutqaşınlı küçəsində Bakı şəhər sakinləri Fərrux Zeynalov Elçin Dəmirovu bıçaq xəsarəti ilə qətlə yetirməkdə şübhəli bilindiyinə görə Yasamal RPİ 26-cı PB-nin əməkdaşları tərəfindən tutulub.Martın 12-də Şimal Dres qəsəbəsində yaşayan Mircəlal Sultanov yaşadığı evdə qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 1-ci PB əməkdaşarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub. Binəqədi RPİ CAŞ əməkdaşlarının keçidiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 196-cı (kreditor borclarını ödəməkdən qəsdən yayınma) maddəsi ilə axtarışda olan Aydın Əhmədov tutulub.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçidiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə axtarışda olan Azər Həsənov tutulub.
Yanvarın 24-də A.Nemətulla küçəsində yerləşən sahəsi 2 kv.m olan gözətçi köşkündə yanğın baş verib, yanğın söndürüldükdən sonra orada gözətçi işləyən Bakı şəhər sakini Mikayıl Əsədovun üzərində çoxsaylı bıçaq xəsarəti olan yanmış meyiti aşkar edilib. Nərimanov RPİ CAŞ, TŞX PPXB və 17-ci PB əməkdaşlarının keçidiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, qətldə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Umudov tutulub.
Nəsimi RPİ CAŞ və 20-ci PB əməkdaşlarının keçidiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan İsmayıl Hacıyev tutulub.
2012-ci ilin iyul ayında Bakı şəhər sakini Vüqar Həmidov Pərviz Vahabovun etibarından sui istifadə edərək 1500 manat və 1600 ABŞ dollar alıb qaytarmayıb. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçidiyi əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Vüqar Həmidov tutulub.
Martın 8-də Şərifzadə küçəsi 1-də yerləşən ATU-nin 5 saylı yataqxanasında Zeynəb Vəlibəyovanın otağından içərisində 600 manat, 7 ədəd bankomat kartı, şəxsi sənədlər olan əl çantası oğurlanıb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçidiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Mustafa Aloyev tutulub.