Kriminal (22-09-2016, 13:32)
Sevgilisini öldürən şəxsə 19 il 6 ay iş verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Fəhmin Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Mediatv.az xəbər verir ki, APA-nın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, o, 19 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il fevral ayında Binəqədi rayonunda baş verib. Həmin ünvanda yerləşən mənzillərdən birində üzərində xəsarətlər olan qadın meyiti aşkar edilib. Meyitə baxış keçirilərkən onun kəndirlə boğularaq öldürüldüyü məlum olub.
Qətlə yetirilən qadının 1977-ci il təvəllüdlü Sədaqət Əsgərova olduğu müəyyən edilib.
Daha sonra qətli törədən şəxsin 24 yaşlı Fəhmin Etibar oğlu Qədimovun olduğu aşkarlanıb. F. Qədimov istintaqa verdiyi ilkin ifadəsində bildirib ki, 39 yaşlı qadınla qeyri-rəsmi nikah münasibətlərində yaşayıb.
O, S.Əsgərovanı qısqanclıq zəminində öldürdüyünü etiraf edib.