Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (16-09-2016, 13:45)
Polkovnikin pulları: ton yarım...

Rusiya hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyinin “T” idarəsinin (antikorrupsiya idarəsi) rəis müavini, polkovnik Dmitri Zaxarçenkonun bacısının evində gizlətdiyi ton yarım ağırlığında dollar və avronun mənşəyi üzərində baş sındırır.

Mediatv.az Virtualaz.org-a istinadən xəbər verir ki, polkovnik Zaxarçenko sentyabrın 9-da Rusiya İstintaq Komitəsi tərəfindən 8 saatlıq dindirmədən sonra iş kabinetində həbs olunub. Axtarış zamanı onun bacısının evindən 9 milyard rubl ekvivalentində 120 milyon dollar və 2 milyon avro nəğd pul tapılıb. Daha sonra Zaxarçenkonun qohumlarının İsveçrədəki bank hesablarında 300 milyon avro (rubl ekvivalenti llə 20 milyard) aşkar edilib.

 

Rusiyada hüquq-mühafizə orqanlarının xirtdəyə qədər korrupsiyalaşdığı haqda çoxdan danışılır. Lakin bu cür geniş yayılmış korrupsiya belə DİN-in idarə rəisinin müavininin, hansısa polkovnikin az qala yarım milyard dollar mənimsəməsini ağlasığmaz edir. Axı nə qədər korrupsiyalaşmış olsa da polkovnik bu qədər pulu necə əldə edib? O, pulları niyə nəğd halda saxlayıb və ümumiyyətlə bu qədər nəğd valyutanı ona kim satıb?

Rusiya mətbuatı yazır ki, polkovnikin pullarının mənşəyini araşdırmaq sadə məsələ deyil və istintaq bu iş üçün xeyli müddət baş sındırmalı olacaq. “Kommersant” yazır ki, istintaq bu məsələnin asan olmadığını başa düşür və kömək üçün ABŞ-ın Federal Ehtiyatlar Sisteminə (FED) müraciət edib. İstintaq Komitəsi artıq FED -ə rəsmi sorğu göndərib. Xahiş edib ki, Zaxarçenkonun 120 milyon dollar nəğd pulu hansı bankdan sifariş verdiyi araşdırılsın. Əgər bu ip ucu tapılsa o zaman pulların mənşəyini araşdırmaq mümkün ola bilər.

Hələlik isə ancaq versiyalar var. İstintaqın versiyalarından birinə görə bu pullar Rusiyanın iri neft-qaz şirkətlərinin top menecerləri üçün nəzərdə tutulmuş “otkat” ola bilər. DİN-in “T” idarəsi əsasən yanacaq-energetika sektorunda iqtisadi cinayətləri araşdırır. Polkovnik Zaxarçenko və tabeçiliyindəkilər isə bu sektordakı şirkətlərin xərclərini izləyirdi. İlk növbədə onları neft-qaz kəmərlərinin tikintisi üçün podratçıların seçilməsi, avadanlıqların təmiri və dəyişdirilməsi, qəsəbələrin və yolların tikintisi maraqlandırırdı.

Şübhəsiz ki, neft-qaz şirkətlərinin müntəzəm olaraq keçirdiyi “yağlı” tenderlər uğrunda sərt rəqabət olur, bir çox hallarda bu tenderləri ümumi məbləğin 30 faizini şirkətlərin top-menecerlərinə “haqq” kimi qaytarmağa hazır olan podratçılar udur.

Bu, ağlabatan versiyadır, ancaq hələlik hansısa dəlilə söykənmir. Buna baxmayaraq neçə gündür Rusiyada baş sındırırlar ki, Zaxarçenkodan tapılmış pulların hesabına nə işlər görmək olardı və ümumiyyətlə, DİN sistemində onun kimi daha neçə polkovnik ola bilər.

Məsələn, hesablayıblar ki, Zaxarçenko kimi 25 polkovnik tutulsa onlardan toplanan pullar hesabına hökumət pensiyaçılara gələn ilin yanvarında nəzərdə tutduğu 221 milyard rubl məbləğində birdəfəlik ödənişlər üçün maliyyə mənbəyini təmin etmiş olardı. Yaxud təxminən elə həmin sayda polkovnik-korrupsioner tutulsaydı Krım körpüsünün tikintisini tam maliyyələşdirmək (228 milyard rubl) mümkün idi.

9 milyard rubl Rusiyada Səhiyyə və Sosial İnkişaf Nazirliyinin illik büdcəsinin 3 faizidir, Təhsil və Elm Nazirliyinin büdcəsinin isə 2.4 faizini təşkil edir.

Müqayisə üçün qeyd edək ki, bu günlərdə Azərbaycanda Maliyyə Nazirliyi Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin offşorlara 5 milyard dollara yaxın vəsait köçürdüyünü açıqlamışdı. Həmin vəsait Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsinin az qala üçdə biridir. Yəni MDB məkanında polkovnik Zaxarçenkonu heyrətləndirəcək korrupsionerlər də var.

Zaxarçenkonun işinin araşdırılmasında bir sıra texniki məsələlər meydana çıxır. Məsələn, bu cür nəhəng məbləğdə pulu necə nəğdləşdirmək və saxlamaq olar, yaxud indi bu pulları banka necə geri qaytarasan?

Versiyalardan birinə görə, Zaxarçenko vicdansız bankirlərin xilası ilə məşğul olan qanunsuz ailə biznesinin iştirakçısıdır. Lisenziyalarının geri alınması ərəfəsində həmin bankirlər banklardan pulları nəğdləşdiriblər və çıxarıblar, ehtimala görə həmin pulları İsveçrəyə yatırıblar. O cümlədən Rothschild Bank-a.

Zaxarçenkonun ailəsinin Rusiyanın 100 ən iri bankından biri olmuş və ötən ilin noyabrında lisenziyası alınmış “Nota-bank”-dan pulların çıxarılmasında əli var. Mərkəzi Bank həmin bankda 26 milyard rubl kapital çatışmamazlığı aşkar etmişdi. Ola bilsin ki, vəsaitlərin bir hissəsini bank rəhbərləri İsveçrədəki hesablara ötürüb, bir hissəsini isə Zaxarçenkonun bacısının mənzilində gizlədib. Ancaq bankdan pulların çıxarılması və mənimsənilməsi mexanizmi hələ aydın deyil.

“Finam” şirkətlər qrupunun analitiki Timur Niqmatullin deyir ki, əgər son iki ildə Rusiyada bankların bağlanmasının səbəbləri analiz olunsa məlum olacaq ki, ən populyar “nəğdləşdirmə” sxemi bankın menecmenti ilə əlaqəli olan adamlara və ya bankın səhmdarlarına kreditlərin verilməsidir. “Lisenziyanın alınmasına az qalmış bank rəhbərliyi pulları özləri üçün nəğdləşdirə bilər. Maliyyə direktoru üçün bu, problem deyil. O, sərəncam verir və kassadan pulu alır. Nəğd götürmək üçün məbləğə limit yoxdur. Doğrudur, maliyyə direktoru buna görə məsuliyyət daşıyır. Lakin rəhbərlik pulları götürüb qaçmağa hazırlaşırsa nəğdləşdirmə sürətlə və problemsiz baş verir”-banklar üzrə analitik Maksim Osadçiy lenta.ru-ya deyir.

Zaxarçenkonun pullarına gəldikdə isə bunlar “Nota-bank”ın da ola bilər, bağlanmış hansısa digər bankın da. Hazırda isə polkovnikin pullarını Mərkəzi Bankda saxlayırlar. “Sberbank”In inkassasiya idarəsinin rəisi Andrey Novikov deyib ki, pullar Rusiya banklarından birinə göndəriləcək. Ancaq onun fikrincə, pulun daşınmasında problem meydana çıxa bilər. Çünki belə məbləğin daşınması güclü təhlükəsizlik tədbirləri tələb edir. “DİN həm bizim uşaqların hərəkət marşrutu üzrə təhlükəsizliyi təmin etməlidir, həm pulların yerləşdiriləcəyi bankda”-Novikov deyir.

Zaxarçenkonun dollar və avrolarının ağırlığı ton yarıma yaxındır. Bu, bir “Qazel”in yüküdür və bu markalı inkassator maşını bir reysdə pulları banka çatdıra bilər. Lakin digər bank işçiləri deyir ki, ton yarım pulu daşımaq üçün

“Volkswagen Crafter” markalı iki inkassator maşını və ya bir iri yük maşını lazım gəlir. Üstəlik kommersiya banklarının bu qədər nəğd pulu daşımaq praktikası yoxdur, bu, ancaq Mərkəzi Bankın məşğul olacağı işdir. Mərkəzi Bankın inkassasiya idarəsinin belə imkanları var. İdarə avtomat silahlarla və iritonnajlı zirehli yük avtomobilləri ilə təchiz olunub. Lakin güclü silahlı mühafizə olsa belə pulun daşındığı marşrutda yol patrul polisi naryadları hərəkəti məhdudlaşdırmalıdır.

Bankirlərin pulları necə daşımaq üzərində baş sındırdığı bir vaxtda Zaxarçenkonun bacısı İrina Razqunova deyib ki, mənzilində bu qədər pulun olmasından xəbərsiz idi. Razqunova bildirir ki, o, əsasən Rostovda yaşayır, Moskvada pulların tapıldığı fərdi evdə nadir hallarda olur. Sonuncu dəfə iki həftə əvvəl orada olub. “Biz qardaşımla ayrı-ayrı şəhərlərdə yaşayırıq, hərənin öz ailəsi var. Ancaq bayramlarda əlaqə saxlayırıq. Ona görə də bütün baş verənlər haqda mətbuatdan xəbər tutmuşuq”-o deyib.

Məlumata görə polkovnik həbs olunandan sonra bacısı və digər ailə üzvləri Moskvadan qaçıblar. Zaxarçenkonun bacısının Rostovda 3 mərtəbəli malikanəsi, bir neçə avtomobili var. Hərçənd ki, özü və əri rəsmən işsizdir...

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024