Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1993-cü il təvəllüdlü Ağdam rayon sakini Fidan Qarazadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Cavid Hüseynov sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, F.Qarazadə 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Fidan Qarazadə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi geyim formasını əldə edib və həmin formanı geyərək ətrafındakı insanlara özünü FHN-in vəzifəli şəxsi kimi təqdim edib. O, 2014-cü ilin iyun-oktyabr ayları ərzində Neftçala rayon sakinlərinə, onları nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin ayrı-ayrı qurumlarına işə düzəldəcəyini vəd edərək ümumilikdə 78 min manat məbləğində pul vəsaitlərini ələ keçirib.