Müsavat partiyası başqanının şimal regionu üzrə müşaviri Mərdan Mehdi bu gün Siyəzən Rayon Polis Şöbəsinə çağrılıb və saxalnılıb.
Mediatv.az xəbər verir ki, polisə çağırış iki gün öncə rayon mərkəzində baş vermiş etiraz aksiyası ilə bağlıdır.
Müsavat partiyasl Mərkəzi Aparatının rəhbəri Gülağa Aslanlı müxalifətçinin polisə əmisinin müşayətilə getdiyini deyib. Sonra isə əmisinə istintaqa cəlb edildiyi deyilib.
Beləliklə, etiraz aksiyaları ilə bağlı həbs edilən müxalifətçilərin sayı 10 nəfərə çatıb. Ümumiyyətlə isə etiraz aksiyaları ilə bağlı saxlanılanların sayı 60 nəfərdən çoxdur.