Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-10-2015, 18:17)
“MSK bizim ərizəmizi rədd edə bilməz” – Müsavatdan etiraz

“MSK bizim ərizəmizi rədd edə bilməz” – Müsavatdan etiraz

 

“Mərkəzi Seçki Komissiyası (MSK) heç bir halda Müsavat Partiyasının seçkini boykot qərarından imtina qərarı verə bilməz”.
Mediatv.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Müsavat başqanının müavini Gülağa Aslanlı MSK-nın partiyanın noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə iştirakdan imtinasına rədd cavabı verməsi məsələsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, MSK Müsavatın ərizəsini rədd edə bilməz: “Bu, seçki məcəlləsinə ziddir. Seçki Məcəlləsində açıq şəkildə göstərilir ki, hər bir namizəd istənilən vaxt seçkilərdə iştirak etməkdən imtina edib, öz namizədliyini geri götürə bilər. Xüsusi olaraq bir halda göstərilir ki, əgər bu, 10 gün əvvəl baş verərsə, onda həmin ad bülletenə yazılmaz. Amma digər hallarda isə adımız bülletendə qalır, amma məntəqə seçki komissiyasında bülletenlər seçicilərə verilərkən namizədliyini geri götürmüş şəxsin üstündən xətt çəkilir. Yəni heç bir halda MSK bizim seçkidən iştirakdan imtina etməyimizdən imtina qərarı verə bilməz. Bu, MSK-nın səlahiyyətində deyil”.

Qeyd edək ki, oktyabrın 28-də Müsavat Partiyası Divanın iclasında seçkidə boykot etmək haqda qərar verib. MSK isə onların bu qərarını rədd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024