Mediatv.az-ın məlumatına görə, Binəqədi Rayon Polis İdarəsi və 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Gəncə şəhər sakini Elman Mirzəyevin əlindəki torbaya baxış zamanı 8 kiloqram 70 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
E. Mirzəyev ifadəsi zamanı narkotik maddəni satmaq niyyəti ilə Bakı şəhərinə gətirdiyini bildirib: "Satmaq məqsədilə gətirmişdim, polis əməkdaşları tutdu".
Qeyd olunan faktla bağlı Binəqədi Rayon Polis İdarəsində başlanan araşdırmalar davam etdirilir.