Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (15-10-2015, 15:47)
Televiziya direktoru ölkədən qaçarkən tutuldu

 

Külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə Azərbaycandan çıxmaq istəyərkən saxlanılan şəxsin televiziya direktoru olduğu açıqlanıb.

 

Mediatv.az-ın "Report"a istinadən məlumatına görə, saxlanılan Səməd Sadıqov "CityTV" televiziyasının təsisçisi və direktorudur. O, həm də "Powerful" şirkətinin Azərbaycan üzrə marketinq direktoru vəzifəsində çalışır.

 

Xatırladaq ki, oktyabrın 11-də Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən Səməd Qüdrət oğlu Sadıqov saxlanılıb. Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

 

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024