Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (5-10-2015, 17:29)
İnterpol keçmiş “rektor”u həbs etdi

Təfəkkür Universitetinin keçmiş müəllimi bu gün həbs edilib.

Mediatv.az-ın Criminal.az-a istinadən xəbər verir ki, Trierdə fəaliyyət göstərən, "Azereurotimes.wordpress.com" saytının təsisçisi Riyad Əliyev İnterpol tərəfindən qandallanıb. O, Almaniyanın Nürnberg həbsxanasına aparılıb.

Riyad Əliyev Təfəkkür Universitetinin Kiyev filialının rektoru işləyib və 2015-ci il mayın 5-dən İnterpolda axtarışda idi.

Qeyd edək ki, R. Əliyev universitetin rəhbərlərinə, bəzi vəzifəli şəxslərə əsassız böhtanlar atdığına görə universitetin rəhbərliyi tərəfindən məhkəməyə verilib. Riyad Əliyev məhkəmənin çağırışlarından yayınaraq xaricə qaçıb. Elə buna görə də Yasamal Rayon Məhkəməsinin 24 noyabr 2014-cü il tarixli qərarına əsasən, Riyad Əliyev hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib.
Universitetin mətbuat xidmətindən isə virtualaz.org saytına bildirilib ki, Təfəkkür Universitetinin Riyad Əliyev adlı təsisçisi olmayıb və universitetin Kiyev şəhərində filialı yoxdur. “Bu adamın bizim universitetə heç bir aidiyyəti yoxdur. Riyad Əliyev adında şəxs heç vaxt bizim universitetdə işləməyib. Dələduzdur, əvvəllər məhkum edilib. Həbs olunanda da bizim adımızdan istifadə edir, həbsdən buraxılanda da” - deyə Təfəkkür Universitetindən bildirildi.

Qeyd edək ki, R.Əliyev İnterpol xətti ilə axtarışa verilib. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub. Mətbuatda yayılan məlumatlarda R.Əliyev Təfəkkür Universitetinin təsisçisi və Kiyev filialının rektoru kimi təqdim olunub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024