Kriminal (24-04-2015, 22:17)
Bir ailənin 7 üzvünü öldürənə ömürlük həbs
Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Rafiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mediatv.az “Report”a istinadən xəbər verir ki, hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynova ömürlük həbs cəzası verilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəni Rafiq Hüseynov ailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.