Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 16:16)
Xanım həkim videoları ilə şantaj edildi – Şantaj edəni görmək üçün həbsxanaya gedibmiş...

 Bakıda tanış olduğu qadını şantaj edərək pulunu ələ keçirməkdə təqsirləndirilən şəxsin cinayət işinin təfərrüatı məlum olub. Onun ailəli olduğu qadınla münasibət yaratdığı, əldə etdiyi görüntülərlə onu şantaj etdiyi müəyyən edilib. Saxlanılan zaman onun üzərindən heroin də aşkar edilib.
 
1987-ci il təvəllüdlü Məsləhət şantaj etdiyi qadından hissə-hissə olmaqla ümumilikdə 42 min manat pul aldığı məlum olub.
 
Məsləhət Bilgəh qəsəbəsi “Amburan” İstirahət Mərkəzinin yaxınlığında polislər tərəfindən saxlanılan zaman onun üzərindən heroin də aşkar edilərək götürülüb.
 
İstintaq zamanı müəyyən edilib ki, bu, Məsləhətin adı qarışan ilk cinayət işi deyil. O, daha əvvəl otellərdən birində qadına təcavüz ittihamı ilə həbs edildikdən sonra bəraət alaraq azadlığa çıxıbmış.
 
Bundan başqa onun adı Elnarə Niftullayeva adlı qadının cinayət işində də keçib. Elnarə Niftullayevanın narkotik satışı ilə məşğul olduğu, onun Məsləhətlə də münasibətinin olduğu bildirilirdi. Məsləhətin iddiasına görə, Elnarə Niftullayevanı həbs etmək istəyəndə ondan istifadə etməyə çalışıblar.
 
Sonuncu ittihamda özünü təqsirli bilməyən Məsləhət zərərçəkmiş kimi tanınan qadınla aralarında sevgi münasibəti olduğunu etiraf edib. Həmin qadınla aralarındakı pul alış-verişini isə borcla izah edib. Deyib ki, sevgi münasibəti olduğu qadınla bir-birlərinə borc veriblər.
 
İşdə diqqət çəkən məqam budur ki, zərərçəkmiş qadın əvvəlcə Məsləhətdən şikayətçi olsa da, sonra bu dediklərini inkar edib. Bildirib ki, istintaqda müstəntiqin sözlərinə görə Məsləhətdən şikayətçi olub: “Məni çağıranda dedilər ki, Məsləhət səndən şikayətçidir. Mən ondan şikayət etməsəydim, o məni tutduracaqdı. Bunları dedikləri üçün mən də ondan şikayətçi oldum.”
 
Məlum olub ki, Məsləhət münasibətdə olduğu qadına aralarındakı görüş zamanı çəkilmiş görüntüləri göndərərək şantaj edib. Pul göndərməyəcəyi təqdirdə ərinə və qardaşına göndərəcəyini bildirib.
 
Zərərçəkmiş qadın Bakıdakı məşhur dövlət xəstəxanalarından birində həkim və şöbə müdiri kimi çalışır. Hətta Məsləhət pul tələb edərkən həmin xəstəxanaya da gedibmiş.
 
Araşdırmalar zamanı məlum olub ki, Məsləhət həbs edildikdən sonra zərərçəkmiş qadın həbsxanaya gedərək onu orada da ziyarət edibmiş.
 
Məhkəmə araşdırması zamanı Məsləhət hədə-qorxu ilə pul tələb etməkdə təqsirli bilinib. Ona narkotik ittihamı ilə bəraət verilib. Məsləhət 6 il həbsxanada qalmalı olacaq.
 
Musavat.comшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
27 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025
26 06 2025