Kriminal (21-01-2025, 17:16)
61 min manatlıq dələduzluqda ittiham edilən "general"ın məhkəməsi başlayır - DETALLAR

Özünü poilis general-mayoru kimi təqdim edərək vətəndaşların 61 700 manatını dələduzluq yolu ələ keçirməkdə təqsirləndirilən Elvin Babazadənin məhkəməsi başlayır.
Qaynarinfo-nun məlumatına görə, işə Nəsimi Rayon Məhkəməsində baxılacaq.
Yanvarın 24-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Anar İbadzadənin sədrliyi ilə keçiriləcək.
Elvin Babazadə ötən ilin yayında polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.
DİN-nin həmin vaxt yaydığı açıqlamaya görə, araşdırma zamanı müəyyən edilib ki, Bakı sakini, əvvəllər məhkum olunmuş Babazadə Elvin Firudin oğlu özünü ali rütbəli (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pul vəsaitlərini ələ keçirib.
Cari ilin aprel-may ayları ərzində ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzluq yolu ilə talayıb.
Faktla bağlı Elvin Babazadə barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq - təkrar törədildikdə) maddəsi ilə maddəsi ilə cinayət işi başlanılıb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Elvin Babazadənin cinayət işi üzrə 4 nəfər zərərməkmiş qismində tanınıb.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
30 06 2025
29 06 2025
29 06 2025
28 06 2025
28 06 2025
28 06 2025
28 06 2025