Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (Bu gün, 14:17)
Elçilikdən sonra qızın bibisi oğlunu öldürmüşdü - Cəzası bilindi

 Biləsuvarın Aşağı Cürəli kəndində 1986-cı il təvəllüdlü Vüsal İlham oğlu İlhamlını qətlə yetirməkdə təqsirləndirilən 32 yaşlı Rüfət Əlizadənin məhkəməsi başa çatıb. Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Əlizadə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib.
 
Bildirilib ki, hadisədən bir neçə gün əvvəl Rüfətin ailəsi Vüsalın dayısı qızı üçün onların evinə elçiliyə gedib. Lakin qızın ailəsi onlara "yox" cavabı verib.
 
Bundan sonra Rüfət qızın onu sevdiyini bildirərək xanımı qaçıracağını deyib. Bunu görən qızın atası bacısı oğlu Vüsala Rüfətgillə danışmasını və bu fikirlərindən daşındırmasını xahiş edib. Şirkətlərdən birinin Cəlilabad filialında kredit mütəxəssisi işləyən V.İlhamlı da dayısının xahişi ilə onlara elçi göndərmiş Rüfətlə telefonda danışıb. Lakin bu zaman tərəflər arasında mübahisə yaranıb və onlar görüşüblər.
 
Gecə saat 23 radələrində Aşağı Cürəlidə baş tutan görüş zamanı tərəflər əvvəlcə əlbəyaxa olublar. Vüsala gücünün çatmayacağını görən Rüfət daha sonra onu bir neçə dəfə bıçaqlayıb. Ağır xəsarətlər alan Vüsal hadisə yerində ölüb.
 
Məhkəmənin hökmü ilə Rüfət Əlizadəyə 13 il həbs cəzası verilib.
 
Qeyd edək ki, iki uşaq atası olan V.İlhamlı ali təhsilli mütəxəssis olub.шаблоны для dle 11.2

Xəbər lenti
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
20 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025