Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (16-01-2015, 21:39)
12 gündə 13 bıçaqlanma: 4 ölü və 10 yaralı - ARAŞDIRMA

Azərbaycanda bıçaqla törədilən cinayətlərin sayı artıb

Yanvarın 6-da Bakıda - «Sahil bağı»nda it gəzdirən gəncin bıçaqlanaraq qətlə yetirilməsi hadisəsi bu sayaq cinayətlərin tez-tez baş verməsi məsələsini yenidən aktuallaşdırıb. Bunu nəzərə alaraq «Həftə içi» qəzetinin əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) kriminal xronikası əsasında bu ilin il 15 günü ərzində baş verən analoji cinayətlərlə ilə bağlı kiçik araşdırma aparıb.

Bəri başdan deyək ki, DİN-in kriminal xronikasına əsasən, yanvarın ilk yarısında Bakıda 3, Gəncədə 2, Mingəçevir, Naftalan, Beyləqan, Lerik, Lənkəran, Ağstafa və Kürdəmir rayonlarının hər birində isə 1 belə olay olmaqla 13 bıçaqlanma hadisəsi baş verib. Bu hadisələr nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 9-u kişi, 1-i qadın olub. Qətlə yetirilmiş 4 nəfərdən 3-ü kişi və 1-i qadındır. 13 bıçaqlanma hadisəsinin hamısı kişilər tərəfindən törədilib.

Bundan əlavə, yanvarın 1-də «Bakı Metropoliteni» QSC-nin «Koroğlu» stansiyasında Ağcabədi rayon sakini Cəsur Kazımov ayrı-ayrılıqda Sumqayıt şəhər sakini Dağbəy Nəcəfovu və Saatlı rayon sakini Elçin Qərbilini bıçaqla hədələməklə onlardan mobil telefonlarını alıb. Ümumiyyətlə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində C.Kazımov və 13 bıçaqlanma hadisəsini törətmiş bütün şəxslər tutulub.

Qızlar da bıçaq gəzdirirlər

Vətəndaşların bıçaq gəzdirmələrinin səbəblərini araşdırmaq üçün əhali arasında sorğu da keçirdik. Həmin sorğular nəticəsində öyrəndik ki, bıçaq gəzdirənlər arasında yeniyetmə şagirdlər, tələbələr, işsiz gənclər, qızlar, sürücülər və əhalinin digər təbəqəsindən olanlar da var. Üstəlik onlar bıçaqları müxtəlif məqsədlərlə gəzdirirlər. Sorğuların nəticələri göstərir ki, üstlərində bıçaq gəzdirənlər arasında avtobus və taksi sürücüləri də var.

«Xaliq Faiqoğlu» MMC-nin dispetçeri Ramin Əsgərov «Həftə içi»nə bildirir ki, bir çox sürücülər avtomobillərində bıçaq gəzdirirlər. Lakin onun sözlərinə görə, bu şirkətin balansında olan avtobusların sürücülərinə bıçaq gəzdirmək qadağan edilib. Çünki bəzən sərnişinlərlə mübahisələr münaqişələr yaradar ki, bu zaman sürücü əsəbiləşərək bıçağa əl ata bilərlər. Bu baxımdan da avtobus sürücülərinə hər hansı bir məqsəd üçün bıçaq gəzdirmək qəti qadağandır».

Bıçaq gəzdirmək gənclər arasında dəbdir?

Taksi sürücüsü İlkin Əliyev də avtomobilində bıçaq gəzdirir. Onun dediyinə görə, əksər hallarda naharını elə avtomobilində edir: «Bu zaman çörəyi doğramaq, meyvə kəsmək üçün bıçağa ehtiyac olur. Ancaq hədə-qorxu gəlmək və quldurluq məqsədilə bıçaq gəzdirilməsinin qəti əleyhinəyəm. Gərərk hüquq-mühafizə orqanları bıçaqlanma və quldurluq hadisələrinin qarşısının alınması üçün bıçaq gəzdirənlərə nəzarət etsinlər».

Bakıdakı məktəblərdən birinin Nurlan adlı 11-ci sinif şagirdinin də şəxsi bıçağı var. Onun dediyinə görə, bıçaq gəzdjirmək onun üçün dəbdir: «İstəyirəm ki, məni avtoritet kimi qəbul etsinlər. Hər kəs məndən qorxsun. Amma bıçaqla kimisə yaralamaq, öldürmək və quldurluq etmək fikrim yoxdur».

Bakının Nəsimi rayon sakini, təqaüdçü Tapdıq Əliyev isə hansı məqsədlə olursa-olsun bıçaq gəzdirmənin əleyhinədir. Onun dediyinə görə, bıçağın yeri yalnız mətbəx olmalıdır: «Bıçaq gəzdirmək üçün söylənilən özünümüdafiə, meyvə soymaq və sair boş şeylərdir. Bunların hamısı bəhanədir. Bıçaq mətbəxdə olmalıdır, cibdə, yaxud çantada yox. Hərəsi bir bəhanəylə bıçaq gəzdirir, sonra da kimisə bıçaqlayır. Belə hadisələrə birdəfəlik son qoyulması üçün polislər gündəlik reydlər keçirməlidir».

Polis əməkdaşları belə reydlər keçirə bilməz

DİN-in mətbuat xidmətinin rəhbəri Orxan Mansurzadə isə məsələ ilə bağlı Həftə içi”nin suallarını cavablandırarkən bildirib ki, polis əməkdaşlarının belə reydlər keçirməsi və nə qədər bıçağın müsadirə edilməsi ilə bağlı konkret fakt və statistik məlumat yoxdur. Onun sözlərinə görə, paytaxt üzrə bu cür informasiyalar yalnız Bakı şəhər Baş Polis İdarəsində toplanır.

Bakı şəhər Baş Polis İdarəsinin rəsmisi, «Polis» qəzetinin baş redaktoru Qalib Rəhimov isə bununla bağlı ciddi problemlərin olduğunu söyləyir. Onun sözlərinə görə, «Bakı Metropoliteni» QSC-nin stansiyalarının girişlərində metro polisləri tərəfindən vətəndaşların əllərində daşıdıqları əşyalar yoxlanılır. Bu zaman sərnişinlərdə bıçaq və digər qanunsuz vasitələr aşkarlanarsa, müsadirə edilir. Ancaq park və bağlarda, əhalinin gur olduğu ictimai yerlərdə polislər tərəfindən vətəndaşların üst-başları yoxlanılmır: “Ümumiyyətlə, polislərə belə yerlərdə reyd keçirməyə icazə verilmir. Çünki küçədə vətəndaşı saxlayıb onun üzərində bıçaq olub-olmamasını yoxlamaq ictimai narazılıq yaradacaq və polis orqanları ictimai qınağa tuş gələcək. Ona görə də belə reydlərin keçirilməsi real deyil”.

Bununla belə, DİN rəsmisi vurğulayır ki, əgər bıçaq gəzdirən cinayət hadisəsi törədəcəksə, cəzasını alacaq.

Təbriz Vəfalı

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
12 03 2025
11 03 2025
11 03 2025
11 03 2025