Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (8-01-2015, 12:52)
ABŞ-dan Bakıya yarım milyon tonluq generator yola salındı, yollar bağlandı

ABŞ-dan Bakıya futbol meydançasından böyük sahəni tutan və ağırlığı 1 milyon funt olan (təxminən yarım milyon ton) olan nəhəng generatorun yola salınmasına hazırlıq gedir

 

Mediatv.az  Amerika KİV-lərinə istinadən xəbər verir ki, Ohayo ştatından, “Rolls-Royce şirkətinin Maunt-Vernon şəhərindəki zavodundan avtomobillərə yüklənən nəhəng generator bu gün yanvarın 8-də səhər saatlarında yola çıxacaq.
Ştat rəsmiləri bununla bağlı sürücüləri xəbərdar edib ki, nəhəng yükün yola çıxacağı saatlarda həmin marşrutla hərəkət etməsinlər.
Generator BP tərəfindən “Şahdəniz-2” layihəsi üçün alınıb. BP-nin Rolls-Royce zavoduna üç belə generator sifariş verdiyi bildirilir. 
Nəhəng yük sabah səhər yerli vaxtla saat 9-da Mount Vernonda maşınlara yüklənəcək. Ştat polisi xəbərdarlıq edib ki, nəhəng yük ştatlararası avtomobil şossesində bütün hərəkət zolaqlarını tutacaq. Bununla əlaqədar olaraq yolda hərəkət sürəti saatda 30 milə qədər endiriləcək.
Yükü patrul polisi müşaiyət edəcək. Nəhəng generator şose yolla iki gün hərəkət etdikdən sonra cümə axşamı Belleyr liman şəhərinə çatacaq və orada yük gəmisinə yüklənilərək Bakıya yola salınacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024