Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-12-2014, 19:49)
Fövqəladə Hallar Nazirliyi xəbərdarlıq edir

Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi tədbirləri ilə bağlı xəbərdarlıq edir.

FHN-nin mətbuat xidmətindən Mediatv.az-a verilən məlumata görə, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bu səbəbdən, bəzi təhlükəsizlik qaydalarını hər birimiz bilməliyik.

Belə ki, evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, budaqları tavana və divarlara toxunmamalıdır. Küknar ağacını işıqlandırarkən yalnız standarta uyğun və yaxşı vəziyyətdə olan elektrik qurğu və cihazlarından istifadə edilməli, ağacın oyuncaqları tezalışan olmamalı, pambığı isə odadavamlı məhlula hopdurulmalıdır. Küknar ağacı olan otaqda atəşfəşanlıq edilməməlidir.

Həmçinin, bayram şənliklərində bunlar nəzərə alınmalıdır: şənliklər ikinci mərtəbədən yuxarıda olmayan otaqda keçirilməli, otağın divarları, arakəsmələri, tavan və döşəməsi oda davamlı olmalı, məkanın iki çıxış qapısı olmalı, ehtiyat qapı üzərində “çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalıdır. Otağın qapıları mütləq bayıra açılmalı, dəmir barmaqlıqlı pəncərəsi olan otaqda Yeni il şənliyi keçirilməməlidir. Şənlikdə məkan üçün nəzərdə tutulan saydan artıq insan olmamalıdır. Şənlik zamanı işıq tam söndürülməməli, şənliyə pambıq, tənzif, kağız və bu cür tezalışan materialdan paltar geyinilməməlidir. Şənlik məkanı ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.

Qaydalara biganəlik həyatımıza təhlükədir. 

Təhlükə zamanı “112”yə zəng edin.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024