Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (28-11-2014, 22:21)
21-ci əsrin «soyuq müharibə»si - ARAŞDIRMA

 

ABŞ Rusiyanı və müttəfiqlərini cəzalandırmaq üçün neftin qiymətini süni şəkildə endirir

Gözlənildiyi kimi, Viyanada toplaşan Neftl İxrac Edən Ölkələr Təşkilatı - OPEC hasilatın azaldılmaması barədə razılaşıb. Qərar veriləndən az sonra isə Brend markalı neftin barreli 73 dollara düşüb. Rusiya Mərkəzi Bankının sərbəst tədavülə buraxdığı rubl isə sürətlə dəyərini itirərək 1 dollar-48,6 rubl səviyyəsinədək ucuzlaşıb. Maraqlıdır, neftin ucuzlaşmasını həmin dəqiqə Rusiya iqtisadiyyatına bağlamaq kimlərə nə kimi fayda verir?

Səbəb axtarışı

Bir çox Qərbyönümlü mütəxəssis belə düşünür ki, neftin ucuzlaşması sırf iqtisadi səbəblərlə bağlıdır. Bunların müstəvisində ABŞ-da yanar şistlər də daxil olmaqla, neftin hasilatının artırılması, Liviya, İraq və İranda gündəlik nəzərdə tutulduğundan 1,3 milyon barrel artıq neft çıxarılması göstərilir. Rusiyanın özündə də, bu ölkənin enerji naziri Aleksandr Novakın dediyi kimi, gündəlik normadan 700 min barrel əlavə neft çıxarılır. Bundan əlavə, Avropa və Çinin iqtisadi inkişafında da səngimələrin yaşanması təsiredici amil kimi göstərilir. Amma müstəqil ekspertlərin rəyincə, prosesin özülündə sırf siyasi maraqlar dayanır. Çünki belə olmasaydı, dünya neft istehsalının 40 faizinə nəzarət edən OPEC kimi təşkilatın içində bu müstəvidə qərar qəbul edilərkən 13 üzv dövlət arasında iki əks qütb yaranmazdı. O da maraqlıdır ki, Rusiyanın da nəzərləri təşkilatın Vyanada keçirdiyi toplantıya dikilmişdi və rəsmi Moskva üzv ölkələrin neft hasilatını azaltmaq barədə qərara gələcəklərini gözləyirdi.

Prosesdə siyasi məqsədlərin olduğunu göstərən başqa bir məqam isə qütblərdə toplaşan ölkələrin hansı istiqamətdə siyasət yürütməsidir. Məsələn, İran, İraq və Venesuela neft hasilatını azaltmaqla, dünya bazarında qiymətlərin yüksəlməsinə stimul vermək istədiyi halda, ən iri hasilatçılar – Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Küveyt cidd-cəhdlə hasilatı olduğu səviyyədə saxlamağa qərar verdi. Hansı ki, bu ölkələrin hər biri Qərbyönümlü siyasəti ilə tanınır, İran, Venesuela və müəyyən mənada İraq isə əks qütbdə dayanır. Deməli, neft istehsalının indiki həsmdə saxlanılması və təbii ki, qiymətin düşürülməsinə göz yummaq elə ABŞ siyasətinin tələbidir.

İldə 20 milyard dollar itki

Məlumdur ki, Rusiya dövlət büdcəsində dolların hər barrelinin qiymətini 90 dollar müəyyənləşdirib. Bu ölkənin Maliyyə Nazirliyi isə neft minimum 80 dollara satıldığı təqdirdə Moskvanın daha az, ildə 20 milyard dollar itki ilə razılaşa biləcəyini düşünür. Amma bu da olmadı və hadisələrin gün-gündən Rusiyanın əleyhinə inkişaf etdiyini görən ruslar indi deyirlər ki, Ukrayna böhranına görə ABŞ Səudiyyə Ərəbistanı ilə razılaşıb və Moskvaya əməlli-başlı quyu qazılıb…

Əslində, dünya neft ehtiyatının 60, təbii qaz sərvətinin isə 45 faizini özündə cəmləyən Yaxın şərq və Şimali Afrika (Middle East and North Africa) bölgəsinin – MENA da qiymətlərin dəyişməsinə töhfəsini verə bilər, amma təəssüf ki, deyir mütəxəssislər, MENA ölkələrinin çoxu Qərbin siyasətini təkrarlayan OPEC-ə də üzvdürlər. Sonra da ki, MENA ölkələrində bu gün siyasi böhran yaşanır və deməli, hadisələrin ssenarisi də məntiqlə siyasi mahiyyət daşımalıdır.

Hasilat xroniki azalırmış

Məsələyə başqa prizmadan yanaşaq: tutaq ki, İran və ya Venesuelanın təklifi qəbul olundu – hasilat azaldıldı. Bu azalma nə qədər davam edəcəkdi? Axı neft hasilatında azalma tendensiyası 2008-ci ildə başlayıb və günümüzədək davam etməkdədir. Məsələn, dünya karbohidrogen bazarında o qədər də önəmli fiqur sayılmayan Suriyada vətəndaş savaşından öncə gündə 1 milyon barrel neft hasil edilirdisə, bu rəqəm hazırda 3 dəfədən çox azalıb. İraqda Səddam Hüseyndən sonrakı dövrdə daxili sabitlik böhrana sürüklənib və İŞİD-in ortaya çıxması ilə durum daha da kəskinləşib. Yəni bu ölkədə də neft hasilatı və ixracı kəskin azalıb. MENA ölkələrindən olan Liviyanı götürək. Birincisi, dünya alimlərinin rəyinə görə, ümumiyyətlə, bu ölkədə neft ehtiyatları tükənmək üzrədir. İkincisi isə Müəmmar Qəddafinin devrilməsi ilə ölkədə yaşanan böhran nəticəsində Liviyada gündəlik neft ixracı 1,6 milyon barreldən cəmi 300 min barrelə düşüb. Daha böyük təsir isə Misirdə yaşanan olaylarla eyni vaxtda ortaya çıxıb. Misirdə Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən proses zamanı başlıca neft daşınması vasitəsi sayılan Süveyş kanalında təhlükəli vəziyyətin yaranmasını və ya hətta bu su keçidinin bağlanma ehtimalının düşünlməsi də qiymətlərin qalxmasına gətirib çıxardı. Son illər isə Qərb blokunun Suriyaya hərbi müdaxilə edəcəyinə dair öncəgörmələr neftin bir barrelinin qiymətini 145,6 dollara yüksəltdi. Amma sonradan hansısa gizli proqramlar qiyməti bir anın içindəcə iki dəfə endirdi. Təbii, bu halda qiymətlərin yenidən 150 dolları aşması heç kimi təəccübləndirməməlidir.

Ukrayna bombası

Yanacağın qiymətlərində tərəddüdlərin yaranmasına 2014-cü ilin fevralında alovlanan Rusiya-Ukrayna böhranı da ciddi təsir göstərdi. Nəzərə almaq lazımdır ki, Rusiya büdcəsinin formalaşması və iqtisadiyyatın inkişafı böyük həcmdə neft və qazdan gələn gəlirdən asılıdır. Konkret desək, Rusiya ixracının 39 faizi xam neft, 15 faizi emal edilmiş neft məhsulları və 9 faizi təbii qazdan ibarətdir. Yəni büdcəyə daxil olan vəsaitin 63 faizi yanacağın satışından toplanır. Bu mənada deyə bilərik ki, neftin qiymətinin kəskin düşməsi Rusiya büdcəsini böyük təhlükə qarşısında qoyur.

Bir maraqlı müqafisəli fakta da nəzər yetirsək görərik ki, hələ 2008-ci ildə baş verən maliyyə qlobal böhranı zamanı neftin qiymətinin 40 dollara düşməsi nəticəsində Rusiya iqtisadiyyatı 8 faizədək kiçilmişdi. Məhz o dövrdə Moskva rublun dəyərini qorumaq məqsədilə 200 milyard dollar xərcləmişdi. Prezident Vladimir Putin deyir ki, 400 milyard dollarlıq ehtiyat fondları var və bu vəsaitlə gözlənilən iqtisadi böhrandan xilas ola biləcəklər. Biz isə deyə bilərik ki. Rusiya kimi böyük və geniş iqtisadiyyata malik dövləti Putinin dediyi 400 milyard dollar heç cür xilas edə bilməz. Nəzərə alaq ki, bu gün dünya bazarında neftin qiymətinin hər dəfə 10 dollar düşməsi Rusiyanın valyuta gəlirlərinin 20 milyard dollar azalması və ümumilikdə ölkə iqtisadiyyatının 3 faiz keçilməsi deməkdir. Ümumiyyətlə, dünya bazarında neftin qiymətinin düşməsi Rusiyaya ildə 100 milyard dollar ziyan vurur.

Ruslardan hissələr alınır

Dünya şöhrətli sərmayədar Cim Rocers də brend neftinin qiymətinin üç ay ərzində 116 dollardan 76 dollara düşməsini ABŞ və Səudiyyə Ərəbistanının Rusiya və İrana təzyiq göstərmək məqsədilə yürütdüyü siyasət adlandırıb: «Hazırda rusların paylarını almaqla məşğulam. Xüsusilə də Yaponiya və Çin kimi təzyiqlə üzləşmiş ölkələrdəki bazarlarda rusların hissələrini dəyər-dəyməzinə özümünküləşdirirəm. Məsələn, Rusiyanın ən iri şirkətlərindən olan «Phosagro»dan keçən həftə hissə aldım və indi həmin şirkətin idarəetmə şurasının üzvüyəm».

Yeri gəlmişkən, neftin ucuzlaşması eyni zamanda, Rusiyanın blokunda olan ölkələrin – Venesuela, iran və sairin də iqtisadiyyatına eyni cür mənfi təsir göstərməkdədir. Əvəzində isə idxalçı dövlətlər daha da inkişaf edəcəklər və varlanacaqlar. Çünki neftin ucuzlaşması sayəsində bu yanacağa daha az vəsait ödəməklə qənaət etdikləri pulu başqa proqramlara sərf edəcəklər.

Əlbəttə, ABŞ və himayəsindəki neftlə zəngin ölkələrin oyununa gəlməmək üçün Rusiya Çinə üz tutub və bildiyimiz kimi, 400 milyard dollarlıq birinci, az sonra isə 30 milyard dollarlıq ikinci qaz ixracına dair müqavilə imzaladı. Amma baxaq görək, Çin Rusiyanı xilas edə biləcəkmi, xeyr. Ona görə ki, Çin iqtisadiyyatının inkişaf sürəti də səngiyib. Sonra da ki. Hər bir dövlət, o cümlədən, Rusiya xarici siyasətini keçmişin təcrübələri üzərində qurmalıdır. Xatırlayaq ki, 80-ci illərdə yaşanan «soyuq müharibə» dönəmində ABŞ-ın təzyiqləri altında neftin qiymətinin düşməsi nəticəsində SSRİ-nin ehtiyat fondlarında toplanan bütün vəsait xərclənib, qurtarmışdı. Təzyiqlər bir az da güclənəndə isə Sovet İttifaqının özü 15 respublikaya parçalanmışdı. İndi nəyi təxmin edək: can üstə olan Rusiyanın maliyyə ehtiyatları əriyəcək, sonra da Rusiya Federasiyasını təşkil edən 21 muxtar respublika və 6 muxtar ərazi tam müstəqil dövlətə çevriləcək? Hər şey ola bilər, neft silahı çox qorxuludur və yenidən döyüş meydanına çıxarılmaqdadır…

Vüsal Tağıbəyli

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024