Karusel (4-06-2021, 13:30)
Mikayıl Cabbarovun işdən çıxardığı məmur qazanmaqda davam edir
Nə qədər yazılsa da, deyilsə də, tənqid olunsa da, Azərbaycanda tender və dövlət satınalmaları məmur oliqarxiyasının əsas qazanc mənbəyi olaraq qalmaqdadır. Çox nadir hallarda dövlət qurumlarının keçirdikləri tenderlər təsadüfi, arxa-dayaqsız şirkətlərə nəsib olur, o da çox kiçik məbləğdə olanları. İri məbləğli tenderlər isə əsas etibarilə məmur oliqarxiyasına qismət olur.
“AzPolitika.info” xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Star Construction-12" QSC olub. Tender müsabiqəsinin şərtlərinə əsasən "Star Construction-12" QSC Bakı şəhər ərazisində səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işləri görəcək. Qeyd olunan işlər üçün Bakı Şəhər İcra Hakimiyyəti "Star Construction-12" QSC-yə 16 milyon 559 min 900 manat vəsait ayıracaq.
Bu şirkət 04.03.2016-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2050 manat olan MMC-nin hüquqi ünvanı Binəqədi rayonu, Binəqədi şossesi, ev 53-dür. MMC-nin qanuni təmsilçisi Bayramov Mirsahib Atamalı oğludur.
Onu da bildirək ki, bu günə kimi çoxsaylı tender müsabiqələrinin qalibi olan "Star Construction-12" QSC-nin direktoru Bayramov Mirsahib Atamalı oğlu daha əvvəl Bakı şəhəri üzrə Təhsil İdarəsində Təmir-tikinti və təchizat sektorunun müdiri olub. Bununla bağlı “Yeniavaz” yazıb ki, Mikayıl Cabbarov Təhsil naziri olan dövrdə Mirsahib Bayramov tutduğu vəzifədən azad olunub.
Ancaq belə görünür ki, olduqca “yağlı” vəzifədən çıxarılması bu məmurun biznesinə qətiyyən mənfi təsir göstərməyib və hakimiyyətdəki əlaqələri onun dəyəri on milyonlarla ölçülən tenderləri “udmasına” tam imkan verir.
Və bu gedişlə də biz iqtisadiyyatda şəffaflıq, maliyyə-bank, vergi, gömrük və s. sistemlərində islahatlardan nəticə gözləyirik...
“AzPolitika.info”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024