Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-04-2021, 16:22)
Baba Rzayevin kürəkəni Gömrük Komitəsindən 7,6 milyon manat alacaq - SƏBƏB


Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub. Gömrük Komitəsi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “FF Construction” MMC olub.
“FF Construction” MMC Dövlət Gömrük Komitəsi yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işləri yerinə yetirəcək və bunun üçün Komitədən 7 milyon 576 min 420 manat 79 qəpik alacaq.
“FF Construction” MMC yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işləri bir il ərzində görəcək.
Qeyd edək ki, nizamnamə kapitalı cəmi 10  manat olan “FF Construction” MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Fətəlixan Xoyski pr, ev 134, m 28-də yerləşir. Şirkətin qanuni təmsilçisi Soltanov Ayaz Üzeyr oğludur. 
21.12.2005-ci il tarixində dövlət qeydiyyatına alınan “FF Construction” MMC-nin “FF Şirkətlər Qrupu”na daxil olduğu bildirilir. “FF Şirkətlər Qrupu” isə "Azərenerji” ASC-nin prezidenti Baba (Balababa) Rzayevin kürəkəni Fərid Fərhadzadə tərəfindən idarə olunduğu qeyd olunur. “FF” ifadəsi də Fərid Fərhadzadənin ad və soyadının baş hərflərindən götürülüb. “FF Construston” MMC-nin hüquqi ünvanı da Fərid Fərhadzadənin Bakıda qeydiyyatda olduğu mənzildir.
Fərid Fərhadzadənin atası isə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Lətif oğlu Fərhadovdur.
Onu da qeyd edək ki,  FF Construction” MMC 2018-ci ilin iyun ayına kimi "Fərqli Fikir” MMC adı ilə fəaliyyət göstərib.(yeniavaz)
A. Cəfərov
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024