Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Əzizxan Əliyev "Şərur" Mənzil-Tikinti Kooperativinə (MTK) qarşı 2 milyon manat təzminat tələbi ilə iddia qaldırıb. Səbəb isə onun yeganə oğlu Nahid Əliyevin ölümüdür.
19-yaşlı Nahid Əliyev Azadlıq prospekti və Süleyman Sani Axundov küçəsinin kəsişməsində (Mərkəzi Seçki Komissiyasının binasının yaxınlığı) "Şərur" MTK-nın inşa etdiyi çoxmərtəbəli binada qəlibçi işləyib. O, 2015-ci ilin aprelində tikintidə qəlib işləri apararkən 6-cı mərtəbədən yıxılıb və hadisə yerində də ölüb. Həmin vaxt daha bir qəlibçi - Azad Abbasov da yıxılıb. Amma Abbasov az ağır xəsarət alıb.
Araşdırmalar zamanı məlum olub ki, tikinti-quraşdırma işləri zamanı təhlükəsizlik qaydaları pozulub, yüksəklikdə yerləşən iş yerləri tələblərə cavab verməyib.
"Şərur" MTK-nın icraçı direktoru Nizami Nağıyev cinayət məsuliyyətinə cəlb edilib və ona qarşı CM-nin 222.3 (tikinti, mədən və s. işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma, ehtiyatsızlıqdan ölümə və ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 4 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nağıyevə 5 il cəza verilib. Azərbaycan qanunvericiliyinə görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə cəza 5 ilə qədər olduqda məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir. İcraçı direktora da eyni rejimli cəza təyin edilib.
Əzizxan Əliyev oğlunun ölümünə görə tikinti şirkətinin məsuliyyət daşıdığını düşünür və mənəvi ziyana görə kompensasiya ödənilməsini istəyir. Bu tələblə də Nizami rayon Məhkəməsində "Şərur" MTK-ya qarşı iddia qaldırıb. Məhkəmənin hakimi Solmaz Ədilova 2020-ci ilin noyabrında bu məsələ ilə bağlı qərar verərək şirkətin üzərinə zərərçəkmişə oğlunun ölümünə görə 5 min manat təzminat ödəmək öhdəliyi qoyub.
İddiaçı Əliyev deyir ki, 19-yaşlı gəncin ölümünə görə cəmi 5 min manat mənəvi təzminat müəyyənləşdirmək insana qarşı hörmətsizlik anlamına gəlir: "Hakim bir insanın həyatını necə bu qədər ucuzlaşdıra bilər? Aydın məsələdir ki, insanın qiyməti yoxdur, bizim çəkdiyimiz əzabın, keçirdiyimiz sarsıntının sözlə ifadəsi mümkün deyil. Heç bir məbləğlə bunu ödəmək mümkün deyil. Təzminat da ağlabatan, ədalətli olmalıdır".
O, Nizami rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib. Şikayətində də bu qərarın ləğvini, iddiasının təmin olunmasını istəyib. Bu iş təkrar araşdırma üçün Nizami rayon Məhkəməsinə qaytarılıb: "İlham Kərimlinin sədrliyi ilə məhkəmə kollegiyası martın 16-da belə bir qərar qəbul edib".
Qeyd edək ki, "Şərur" MTK-nın rəhbəri “Şərurlu İsfəndiyar” kimi tanınan işadamı İsfəndiyar Axundovdur. Onun adı bu günlərdə Mərkəzi Bankın “Zaminbank” üzərindən ayırdığı 10 milyon manat güzəştli kreditin mənimsənilməsi işində zərərçəkmiş kimi keçir. Lakin bankın müttəhimlə kürsüsündə dayanan məsul şəxsləri bunun əksini iddia edir-pulları “Şərurlu İsfəndiyar”ın mənimsədiyini bildirir.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024