Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (12-03-2021, 15:43)
Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsində ÖZBAŞINALIQ

 




“Baş həkim Nicat Cəlilov Covid-19 xəstəliyinə yoluxduğu ehtimal edilən xəstələri müəssisəyə daxil olmamışdan öncə heç bir testdən və yoxlamadan keçirmədən dediyi məbləği ödəməyə məcbur edir. Əsk halda isə həmin xəstələr dərhal cəza çəkdikləri müəssisələrə geri qaytarılırlar, bu isə əksər hallarda həmin xəstələrin ölümü ilə nəticələnir”.

Bunu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ikinci dərəcəli əlil Əli Səmədov anası vasitəsilə “Gözətçi”yə göndərdiyi şikayət məktubunda bildirib.

Şikayətçi iddia edir ki, Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi Müalicə Müəssisəsinin baş həkimi Nicat Cəlilov vəzifəsindən sui-istifadə edir:

“Baş həkim xəstə məhkumlar üçün dövlət tərəfindən ayrılmış yüksək məbləğli dərman preparatları və tibbi avadanlıqları mənimsəyərək özünə məxsus olan apteklərində satışa çıxarır, dövlət müəssisəsindən özəl obyekt kimi istifadə edir”.

Ə. Səmədovun sözlərinə görə, o, özü 2019-cu ildə müalicə müəssisəsində baş həkimin çox sayda qanunsuz əməllərinə şahid olub və gördükləri barədə aidiyyatı qurumlara məktub ünvanlayıb.

“Nicat Cəlilov məndən müalicəmin təşkili və xəstəlik sənədlərimin Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya komissiyasına təqdim edilməsi üçün qarşılığında pul istəyib. Ancaq çoxsaylı tapşırıqlardan sonra qorxaraq, o, bu məsələni pulsuz yerinə yetirdi və mənə beş il müddətinə ikinci dərəcəli əlillik təyin edildi”.

Məhkumun anası Gülnaz Səmədova isə deyir ki, oğlunun xəstəliyi ağırlaşıb, bu səbəbdən əlilliyin vaxtından əvvəl dəyişdirilməsi üçün müraciət ediblər:

“Oğlum haqqı olan birinci dərəcəli əlilliyi almaq istəyir, ancaq bu dəfə də qarşılığında pul tələb edilib. Biz bu məsələnin obyektiv araşdırılmasını, haqq-ədalətin öz yerini tapmasını istəyirik”.

Səmədova onu da əlavə edib ki, Ombudsman Səbinə Əliyeva bir neçə dəfə Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəssisəsinə gəlib. Baş həkim Nicat Cəlilov ilə görüşərək araşdırma aparıb, ancaq hər hansı nəticə olmayıb.

Qeyd edək ki, Gülnaz Səmədova dövlət başçısına, birinci vitse prezidentə, baş nazirə və bir sıra dövlət orqanlarına müraciət etsə də, məsələ hələ də həllini tapmayıb.

“Gözətçi” olaraq, qarşı tərəfin mövqeyini öyrənmək üçün baş həkim Nicat Cəlilovla əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab verən olmadı.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı Cəzaçəkmə Müəssisəsinin məsul şəxsi Bəhruz Mirzəyev isə bildirdi ki, məhkum Əli Səmədov birinci dərəcəli əlillik almaq istəyir, ancaq onun mövcud durumu birinci dərəcəli əlillik kriteriyasına uyğun gəlmir:

“Əlillik statusunun təyin olunmasını Ədliyyə Nazirliyinin Penitensiar Xidməti, yaxud da Müalicə Müəssisəsinin Baş Tibb İdarəsi müəyyən etmir. Əlilliyi müəyyən edən qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nicat Cəlilov həkim məsləhət komissiyasının sədridir. O, sadəcə xəstələri yoxlayır, uyğun gəldiyi halda ƏƏSMN-nin məlumat bazasına yerləşdirir”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024