Karusel / Slayd (15-11-2020, 04:20)
Məhkumların müalicə müəssisəsi, yoxsa, “cərimə batalyonu”?
Müzəffər Azərbaycan Ordusunun uğurla apardığı və sonucda düşmənin məğlubiyyəti ilə bitən II Qarabağ savaşının gedişində bəlli oldu ki, canlı qüvvə sarıdan resursları tükənən Ermənistan yaşlı kişiləri səfərbər edir, qadın batalyonu yaradır, dustaqları həbsxanadan çıxarıb cəbhəyə göndərir. İqtisadiyyatı kimi əhalisinin sayına görə də Ermənistanı üstələyən Azərbaycan isə yalnız qismən səfərbərlik elan etmişdi.
Amma deyəsən bizim cəzaçəkmə müəssisələrində həbsxana həyatını odlu-alovlu, qanlı-qadalı müharibə meydanına dəyişmək istəyən məhkumlarımız vardır. Ən azı birini biz tanıyırıq.
Mediatv.az-ın redaksiyasına müraciət edən Eminov Neyman Bayram oğlu Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayır. O, iki il altı ay müddətinə azadlıqdan məhrum olunub. Cəza müddətinin il yarımlıq hissəsi arxada qalıb. Bildirir ki, 19 sentyabr 2020-ci il tarixdə səhhət durumu ilə əlaqədar Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb. Orada olduğu müddətdə müalicə müəssisəsinin bazar qanunları ilə idarə olunduğunu görüb, ancaq pullu dustaqlara normal müalicə xidmətinin göstərildiyinin, komfortlu şərait yaradıldığının şahidi olub. Kasıb, azadlıqdakı yaxınlarından pul yardımı almayan məhkumların isə baxımsız qaldıqlarını, daim təhdid altında olduqlarını bildirən Eminov müalicə müəssisəsinin rəis müavini Elxan İsgəndərovdan və Vüsal Quliyev adlı bir əməkdaşından şikayətçidir: “Mən onların şərtlərinə, davamlı tələblərinə əməl etmək imkanında olmadığım üçün səhhətim qeyri-qənaətbəxş olduğu halda, sağalmamış cəzaçəkmə müəssisəsinə qaytarılmağım üçün ərizə yazmağa məcbur oldum. Etirazımı bildirdiyim Elxan İsgəndərov mənə dedi ki, “sən məhkumsan, sən heç kimsən, kimə istəyirsən şikayət et, səni eşidən olmayacaq”.
Mediatv.az-ı məlumatlandıran Eminovun sözlərinə görə İsgəndərov onu hətta ölümlə də hədələyib və cəzasız qalacağına əmin olduğunu deyib. Elə bu təhdidin vəd etdiyi təhlükənin reallığını nəzərə alaraq CÇM-nə qayıtmağa qərar verib: “O məni hədələyəndə ona dedim ki, mən cəbhə bölgəsi sayılan Goranboy rayonundanam. Sənin kimisinin əlində ölməkdənsə, müharibəyə, “cərimə batalyonuna” yazılıb ön cəbhədə şərəflə ölmək daha yaxşıdır”.
Məhkumun şikayət etdiyi digər penitensiar xidmət əməkdaşı Quliyev Vüsal Hümbət oğlu isə Eminovun dediyinə görə qohumlarının ona çatdırılması üçün vasitəçi olaraq Vüsalın adına göndərdikləri pul sovqatlarını (52 AZN, 20 AZN və 20 AZN) verməyərək özü mənimsəyib. 17 saylı CÇM-ə qayıdandan sonra müalicə müəssisəsindən həbsxananın rəis müavininə zəng vurub bildiriblər ki, guya Eminov həmin pullları alıb. Halbuki, bunu təsdiqləyəcək heç bir qəbz, məhkumun imza atdığı hansısa sənəd yoxdur. Eminov həmçinin qeyd edir ki, bütün bu məsələlərlə əlaqədar onun etdiyi şikayəti araşdırmaq üçün müalicə müəssisəsinə gələn Penitensiar Xidmət əməkdaşı, ədliyyə kapitanı rütbəli təhqiqatçı Nicat isə ona təzyiq göstərərək öz diqtəsi altında izahat yazdırıb: “Amma izahatın məzmunu məni qane etmədiyinə görə axırda altından imza atmadım”.
Sonda bu məsələnin ictimailəşdirilməsini redaksiyadan xahiş edən Eminov ümid edir ki, yalnız bu yolla problemi ədliyyə nazirinin, penitensiar xidmət rəisinin və məhkumların vəziyyəti ilə qayğılanan digər instansiya rəhbərlərinin diqqətinə çatdırmaq mümkündür.
Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024