Karusel (23-09-2014, 20:50)
7 tikinti obyektinin fəaliyyəti dayandırıldı
Bakı və Sumqayıt şəhərində 50-dən artıq iş yerində yoxlamalar aparılıb”. Bu sözləri Axar.az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidməti rəisinin müavini Məhərrəm Məhərov Xidmətin sentyabrın 15-dən 21-dək keçirdiyi "Təhlükəsiz iş həftəsi”nin gedişatının yekunu barədə məlumat verərkən deyib. Nazirlik rəsmisi bildirib ki, təkcə Bakı və Sumqayıt şəhərində 50-dən artıq tikinti sahəsində yoxlamalar aparılıb: "Yoxlamalar zamanı 4-ü Sumqayıt, 8-i isə Bakı şəhərində olmaqla ümümilikdə 12 obyektdə iş prosesi dayandırılıb. Tikinti işləri gedən ərazidə çəpərləmənin olmaması, mühafizə vasitələrindən istifadə edilməməsi, əmək müqavilələrinin olmaması kimi çoxsaylı problemlərlə üzləşdiyimizdən obyektlərin bəzilərinin fəaliyyətinə müvəqqəti olaraq xitam vermişik. İşçinin həyatı və sağlamlığı ilə bağlı rast gəldiyimiz real təhlükələr bizi bu addımı atmağa vadar edib. Ancaq sözügedən nöqsanları dərhal aradan qaldırdığına görə beş tikinti obyektində iş prosesi yenidən başlayıb. Yerdə qalan yeddi obyektdə cərimə öz yerində, aşkarladığımız qüsurlar aradan qaldırılmasa, işin davam etməsinə icazə verilməyəcək. Belə iş yerlərinə qeyri-müəyyən vaxta kimi möhlət vermişik. Bizim əsas məqsədimiz həm işəgötürülənlərin, həm də işçilərin diqqətini təhlükəsiz işə cəlb etməkdir". M.Məhərov aparılan yoxlamaların artıq nəticə verməyə başlamasına da diqqət çəkib: "Yoxlamalar zamanı əməkdaşlarımız obyektlərə baş çəkən zaman bəzi sahələrdə işçilərin təzə paltar, ayaqqabı və digər vasitələrlə tam hazır vəziyyətdə olduğunun şahidi olublar. Araşdırmalarımız davam etdirilir və görünür artıq müəyyən təsirlər var”.