Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (28-07-2020, 21:11)
Masallı rayon Məhkəməsinin qərarındakı gülməli və ağlamalı hallar


Hakim olmayan maddi sübutları məhkəmə qərarlarına necə əlavə edib?

image here


Bakı şəhər sakini Quliyev Əfqan Bəhlul oğlu “Təzadlar” qəzeti redaksiyasına göndərdiyi şikayət məktubunda Masallı rayon Məhkəməsi hakiminin hüquq tarixində bəlkə də rast gəlinməyən özbaşınalığından yazır.

Azərbaycan Respublikası Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi cənab Fuad Ələsgərova və Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova ünvanlı müraciəti təqdim edirik:

"Çox hörmətli Fuad müəllim!
Hörmətli Fikrət müəllim!

Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-070/2020 saylı hökmü ilə avtomobilimi qarət etməklə mənə külli miqdarda ziyan vurmaqda (avtomobildə olan qızıl-zinyət əşyalarımız və pulumuzu ələ keçirməklə) təqsirləndirilən şəxs Səmədov Nurlan Rafiq oğlu Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddələri ilə təqsirli bilinərək, cəzasını ciddi rejimli cəzaçəkən müəssisəsində çəkməklə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-070/2020 saylı hökmü aşağıda qeyd olunanlara görə əsassızdır və ləğv edilməlidir.
Bildirirəm ki, nə istintaq dövründə, nə də ki, məhkəmə istintaqının gedişində cinayət işi obyektiv araşdırılmayıb. Bununla bağlı Məhkəmə-Hüquq Şurasına, Baş Prokurorluğa, ölkə rəhbərinə dəfələrlə müraciət etmişəm və mətbuatda ictimailəşdirmişəm. Məhkəmə qərarında 3-cü səhifəsində göstərilir ki, Nurlan Səmədov “İstisu” sanatoriyasında “Mədə bulağı” deyilən ərazidə tikintidə günü 20 (iyirmi) AZN-ə işləmiş və meşəlik ərazisində özünə yatmaq üçün yer düzəldərək həmin yerdə də gecələmişdir. Nurlan Səmədovun kimin yanında günü 20 (iyirmi) AZN işləməsini və meşə ərazisində gecələməsini heç bir fakt təsdiqləmir.
Avtomobilim qarət olunan gün Nurlan Səmədovun işdə olub-olmamasını və nə vaxt Bakıdan qayıtması barədə dəfələrlə vəsatət verib, iş sahibinin məhkəməyə dəvət olunmasını tələb etsəm də, hakim bunu təmin etmədi.
Yenə 3-cü səhifədə də yazılır ki, Nurlan Səmədov yerdən dəmir parçası tapıb sol arxa qapısının şüşəsini sındırmış, sonra da dəmir parçasını əraziyə atmışdır. Nurlan Səmədovun avtomobilimin şüşəsini sındırdığı dəmir parçası maddi sübut kimi ortada yoxdur.
Qərarın 4-cü səhifəsində yazılır: “O, hadisəni törətdikdən sonra tanımadığı şəxsin avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir”.
Məhkəmə gedişi zamanı Nurlan Səmədova sual verərək “İstisu” ərazisindən Masallı şəhərinə hansı rəngli maşınla gəldiyini soruşduqda o qırmızı rəngli “Jiquli” markalı maşınla gəldiyini bildirdi. Məhkəməyə təqdim etdiyin diskə köçürülmüş kamera görüntülərində qırmızı rəngli “Jiquli” avtomobilinin ətrafında kifayət qədər şübhəli məqamlar vardır. Hakim bu görüntüləri araşdırmağa belə cəhd etmədi. Digər tərəfdən 4-cü səhifədə yazılır ki, Əfqan Quliyevə məxsus avtomobildən oğurluq cinayət əməlini tək törətmişdir.
Hakimə təqdim etdiyim video diskdə isə daha bir neçə nəfərin qırmızı rəngli “Jiquli” markalı avtomobildə şübhəli kimi qeydə alınır.
4-cü səhifədə yazılır: İbtidai istintaq zamanı və hal-hazırkı vaxta kimi polis əməkdaşları tərəfindən ona heç bir fiziki və psixoloji təsir göstərilməmişdir.
Bildirirəm ki, Nurlan Səmədov istintaq təcridxanasından 6 (altı) dəfə mənə zəng etmişdir. Hər dəfə o, polis şöbəsində bu işin zorla boynuna qoyulduğunu bildirmişdir.
Məhkəmə qərarının 6-cı səhifəsində yazılır ki, arvadım Lalənin, oğlum Kamranın və qızım Günayın ümumvətəndaşlıq pasportu oğurlanan sumkanın içində olmuşdur. Bildirirəm ki, qızım Quliyeva Günay Əfqan qızının ümumiyyətlə ümumvətəndaşlıq pasportu yoxdur. Bu, bir daha hakimin qeyri-obyektiv olduğunu təsdiq edir.
Qərarın 8-ci səhifəsində yazılır ki, Göytəpə polis bölməsinin sahə müvəkkili Vahid Bayramovun ümumvətəndaşlıq pasportlarını necə tapması barədə məhkəmədə ifadəsi elan olunmuşdur.
Qərarın 9-cu səhifəsində yazılır ki, məhkəmə istintaqı zamanı tədqiq edilən mötəbər sübutlar üzrə təqsirləri tam sübuta yetirmişdir.
- Məhkəmə mötəbər sübut dedikdə, görəsən nə nəzərdə tutulur? Ortada heç bir maddə dəlil və sübut yoxdur. Avtomobildən götürülmüş əl izləri Nurlan Səmədovun olduğunu təsdiq etmir. Verdiyim vəsatətlər təqdim etdiyim kamera görüntüləri tam araşdırılsaydı, avtomobilinin kim tərəfdən qarət olunması və qızıl-zinət əşyalarının kimdə olması sübuta yetərdi. Hakim nəyə görəsə bunları araşdırmaqda maraqlı deyildi.
Qərarın 11-ci səhifəsində yazılır: Masallı RİHB-nin Masallı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Nurlan Səmədov yaşadığı yer üzrə müsbət xarakterizə olunur.
- Qərarın 3-cü səhifəsində isə yazılır ki, Nurlan Səmədov 2019-cu ilin yanvar ayından Bakı şəhərində, Zabrat qəsəbəsində qardaşıgildə yaşamışdır.
Deməli, son yeddi ayı o, Bakı şəhərində yaşamışdır. Belə bir halda Masallı şəhər İƏD-nin verdiyi xasiyyətnamə nə dərəcədə etibarlıdır və məhkəmənin qərar qəbul edən zaman bunu nəzərə alması nə dərəcədə doğrudur?
- Avtomobilim, 28.07.2019-cu il tarixdə gündüz saat 1500-1700 radələrində qarət olunub. Nurlan Səmədovun verdiyi izahatda bildirir ki, avtomobili qarət etdikdən sonra Bakı şəhərinə getmiş, 29.07.2019-cu il tarixdə isə yenidən Masallı rayonuna qayıtmışdır. Bu qədər qızıl-zinət əşyasının gecəynən satıb qayıtması özündə çoxlu şübhələr doğurur. Bu o deməkdir ki, bu hadisəni bir neçə şəxs birlikdə törədib, ya da ki, Nurlan Səmədovun boynuna qoyulub.
Bütün bunlar barədə məhkəməyə təqdim etdiyim vəsatətlərdə, mətbuatda çıxışlarımda, yuxarı instansiyalara yolladığım şikayətlərdə və məhkəmənin son iclasına təqdim etdiyim son sözdə ətraflı izah vermişəm.
Azərbaycan Respublikasının SPM-nin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edib, yeni hökm və ya qərar çıxarmağa haqlıdır.

Xahiş edirəm, Səmədov Nurlan Rafiq oğlunun Azərbaycan Respublikası CM-nin 177.2.4, 177.2.5, 178.2.2 və 326.2-ci maddəsi ilə məhkum edilməsinə dair Masallı rayon Məhkəməsinin 18.06.2020-ci il tarixli, № 1(05)-07/2020 saylı hökmü ləğv edilməsi, bu işin obyektiv araşdırılması və avtomobilinin kimlər tərəfindən qarət olunması dəqiq müəyyənləşdirilməsi və mənə dəymiş maddi ziyan tam ödənilməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz".

Redaksiyadan: inanırıq ki, zərərçəkmişin şikayəti ən azı Şirvan Apellyasiya Məhkəməsində təmin ediləcək, bu məhkəmə qərarı ləğv edilərək təkrar araşdırılmaya veriləcək.

Təqdim etdi:
Elza Məmiyeva
шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024