Problem / Karusel / Slayd / Redaktor seçimi (10-03-2020, 22:57)
Baş redaktor 1-ci Vitse Prezidentə müraciət etdi
Elektron poçtumuza jurnalist,zərərçəkmiş Əfqan Bəhluloğlunun müraciəti daxil olub.Jurnalist Mehriban xanıma ünvanladığı müraciətində Masallı rayon məhkəməsinin hakimi Habil Bəhmənovun hərəkətlərindən şikayət edir.Şikayətçi müraciətində yazır:
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
Mehriban Xanım Əliyevaya
Masallı rayon məhkəməsinin hakimi Habil Bəhmənovun hərəkətlərindən
Şikayət
Hörmətli Mehriban xanım!
Fevralın 18-də Masallı Rayon Məhkəməsində zərərçəkmiş, mən Quliyev Əfqan Bəhlul oğlunun şikayəti ilə başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Xatırladıram ki, "Mediatv.az" informasiya portalının baş redaktoru olan Əfqan Bəhluloğlunun (mənim) bir neçə ay əvvəl Masallı "İstisu"sanatoriyasında dincələn zaman qarət olunan avtomobilimdən oğurlanmış qızıl zinət əşyalarını tapa bilməyən Masallı polisi Nurlan Səmədov adlı şübhəli şəxsin oğurluğu boynuna götürməsi barədə etirafını alsa da, hələ ki, zinət əşyaları ortaya çıxmayıb.
İbtidai istintaqa prokuror nəzarətinin zəifliyi, polis tərəfindən sürətlə məhkəməyə ötürülən işin obyektiv aparılmaması, bir sıra qanunsuzluqlarla müşayiət olunması barədə indiyədək yuxarı instansiyalara çoxsaylı müraciətlər etsəm də, KİV-də xeyli yazılarla çıxış edərək, məsələni ictimailəşdirsəm də,cinayət matreallarını ibtidai istintaqa qaytarmaq üçün kifayət qədər əsas olsa da,hakim Habil Bəhmənov işi yenidən ibtidai istintaqa qaytarmadı və bu gün də məhkəmə işini qərəzli aparır, verilən vəsatətlərin heç biri demək olar ki, təmin olunmayıb. Avtomobil qarətini, üstündə başqa oğurluq işi olan Nurlan Səmədovun boynuna qoymaqla polisin sadəcə işi "bağlamaq" və cinayətin açılma faizini qaldırmaq istəyir. Masallı rayon polis şöbəsi rəisinin yerli sahibkarı incitməsi barədə əvvəllər yazdığım tənqidi məqalələrə görə, tənqid olunan vəzifəli şəxs bu yolla məndən qisas alır, oğurlanmış qiymətli əşyalarının əlinə gəlib çıxmamasına çalışır. Hakim Habil Bəhmənov da sanki polisin hərəkətlərinə qanuni don geyindirmək yolunu tutub. Hakim Habil Bəhmənov açıq-aydın bildirir ki bu işdə polis rəisi və prokuror maraqlı olduğundan onların qərarlarının əlehinə gedə bilmərəm.Əgər hakim bu işə qanuni don geyindirmək yolunu tutubsa bu"şou" kimə lazımdır?
Hörmətli Mehriban xanım!
Məhkəmədə təqsirləndirilən şəxs Nurlan Səmədov ifadə verərək bildirmişdir ki, onun Əfqan Quliyevə məxsus avtomobili qarət etdiyini boynuna alması barədə ifadəni istintaqa məhz polisin təzyiqi altında verib, ümumiyyətlə, həmin hadisədən xəbəri olmayıb. Təqsirləndirilən N.Səmədov polis işçisi Tərlan adlı şəxsin üzünə duraraq bildirdi ki, bu işi boynunu götürməsən səni pis günə salacağıq dediniz. Sonra məhkəmədə iştirak edən polis müstəntiqi İqbal Rəhimli təqsirləndirilən şəxsin onun üzünə duraraq söylədiyi:
“Məni aldadıb demədinizmi ki, bu işi öz üstünə götür, sənə köməklik göstəriləcək? Altı aydan çox vaxt keçib sizdən heç bir kömək yoxdur” -sözlərindən sonra müstəntiq ona ünvanlanan suallardan məharətlə yayınmağa çalışsa da, qeyri-səmimiliyi diqqətdən yayınmayıb. Müstəntiqin təqsirləndirilən şəxsə kömək etməyə söz verməsi və Müstəntiq İqbal Rəhimlinin ifadəsində iki dəfə təkrarlaması mən orda yazmamışam qızıl səndədir - ifadəsindən aydın görünür ki, təqsirləndirilən şəxslə müstəntiq arasında sövdələşmə olub. Eləmədiyim cinayət işini niyə boynuma götürməliyəm? Axı qızı zinət əşyaları məndə yoxdur. Bununla belə, məhkəmə hakimi təqsirləndirilən şəxsin bu dəfəki ifadəsini nəzərə almayaraq qızıl-zinət əşyalarının N.Səmədovda olduğunu sübut etməyə çalışır, N.Səmədovun ifadəsini “dəyişməsini” onun özünümüdafiə cəhdi kimi dəyərləndirib.İşin gedişatına baxanda aydın görünür ki,bu iş "qurama bir işdir".Polis də,dövlət ittihamçısı da və hakim Habil Bəhmənov da qızıl zinət əşyalarının necə oğurlandığını və yerini dəqiq bilir.Bir daha aydın oldu ki - məhkəmə polisin aparmış olduğu qeyri-obyektiv, ədalətsiz istintaqa qanunilik “donu geyindirmək” yolundadır.Hakim Habil Bəhmənov açıq şəkildə bildirir ki hara şikayət etsən də bizim özümüzə qaytaracaqlar.Belə şikayətlərdən gündə yüzu, yuxarı instansiyalara yazılır.Nə faydası...
Hörmətli Mehriban xanım!
İnanın ki, məhkəmə sistemində cənab prezidentin apardığınız islahatlar hələ Masallı rayonuna gəlib "çatmayıb". Bunun sübutu kimi son iki ilin statistikasına nəzər yetirin.Məhkəmədən bir dənə də olsun cinayət işi ibtidai istintaqa qaytarılmayıb.Hakim polisdən gələn cinayət işlərinə qanuni don geyindirir.Masallı rayonun polis və məhkəmə sistemindəki haqsızlıqların altı aydı özüm sahidiyəm. Altı aydan artıqdır ki, Bakı-Masallı yolunda qalmışam.Cənab prezidentin dediyi kimi bunlar nə dövlətdən, nə də ki, Allahdan qorxmurlar.
Xahiş edirəm
Bu işi ciddi nəzarətə götürməklə,qızıl zinət əşyalarının tapılmasına, mənə dəymiş maddi-mənəvi ziyanın ödənilməsinə,təqsirləndirilən şəxsə kömək etməyi söz verən polis işçilərinin cəzalandırılmasına (nə üçün kömək etməlidir?), insanların mənaviyyatıyla oynayan və bu işə qanunu don geyindirməyə çalışan hakim haqqında qanunamüvafiq ölçü götürülməsi üçün aidiyyatı təşkilatlara göstəriş verəsiniz.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024