Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-06-2020, 12:03)
İmişlinin təzə başçısından narazılıq var

"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
İmişli sakini Təzəgül Nağıyevanın iki oğul və üç qız övladı var, onların da ikisi xəstədir. Yaşadıqları ev də qəzalı vəziyyədədir. DİA.AZ bildirir ki, Təzəgül Nağıyeva həyat yoldaşını 90-cı illərin əvvəllərində itirib. Bu illər ərzində övladlarını tək, özünün dediyi kimi, kasıblıqla, çətinliklərlə böyüdüb. İndi uşaqlarından böyüyünün 35, kiçiyinin 27 yaşı var. Həm qızı Bahar, həm də oğlu Tərlan gözündəki problemdən əziyyət çəkir. Bahar Cavadova bir müddət əvvəl sosial mediada insanlara yardım üçün müraciət edib, əməliyyata lazım olan 7-8 min manatın toplanmasına kömək istəyib.

“Bahar ortancıl uşağımdı. Anadangəlmə belədi. Gözlərinin 16-17 faiz görmə qabiliyyəti var. Eynək də taxır, amma yenə görmür. Bakıda əməliyyat elətdirməliyik, amma imkan yoxdu buna. Ona görə uşaq internetdə pul yığmağa çalışır. Adicə eynəyi 200 manata satılır. Bazardan gələndə deyirəm ki, qarşıma çıx. Gözü o qədər görmür ki, boş küçədə yanımdan keçib gedir. İnanın, elə sarsılıram…”, - ana danışır.

Təzəgül xanım yaşadıqları evin qayınatasından qaldığını deyir. Qadın buranın azı 100 yaşı olduğunu bildirir. Evin çox köhnə olduğunu bir baxışla müəyyənləşdirmək mümkündür.

“2010-cu ildə daşqın zamanı bizim evi də su basmışdı. Fövqəladə Hallar Nazirliyindən gəldilər, baxdılar, ölçüb-biçdilər. Yazdılar ki, təmirə ehtiyacı var. Amma təmir eləyən olmadı. Gətirib 1000 manat verdilər. O pulla evi təmir eləmək mümkün deyildi. Sonradan eşitdim ki, bəzi adamlardan pul alıb onlar üçün ev tikiblər. Mənim imkanım çatmadığımdan, ev tikməyi təklif eləyən də olmadı. Kimin pulu vardısa, o adamlara ev tikib getdilər. Halbuki, bizim ev çox böyük zərər görmüşdü. Evdən suyu motorla çəkib çıxarmışdıq. Uçurdu, birtəhər saxlaya bildik”, - qadın 10 il əvvəlki hadisələri yaxşı xatırlayır.

Ana övladlarının indiyə qədər ailə həyatı qurmamasını da özünə dərd edir. Amma deyir, ailə o qədər çıxılmaz vəziyyətdədir ki, indi bu haqda düşünmək də olmur: “Daha çox kasıblığa görə evlənməyiblər. Böyük oğlum iş tapmaq üçün çox çalışır. İş yox, oturub evdə. Necə evlənsin?! Kompüteri bilir, amma heç bir yerdə iş tapa bilmir. Neçə dəfə gedib 5-10 manata fəhlə işləyib. Evlənsə, ailəsini necə saxlayacaq?”

Təzəgül Nağıyeva daha kömək üçün heç bir yerə müraciət etmədiklərini deyir. Hərçənd, İmişli Rayon İcra Hakimiyyətinə üz tutduqları vaxtlar olub: “Ağzımızın üstündən vurub qaytarırdılar. Sonra icra başçısının kabinetindən çuvalla pul çıxdı. Onda biz evdə acından ölürdük. İmişli camaatının vəziyyəti çox ağırdı. Seçki vaxtı qapı-qapı düşüb deyirlər ki, filankəsə səs verin. Guya indi bilmirlər ki, biz nə vəziyyətdə yaşayırıq?! Sosial yardım verilən yerdə işləyənlərin hamısının bizim ailənin necə kasıb olmasından yaxşı xəbəri var. Mütləq gedib yalvarmalıyam onlara?”

Təzəgül Nağıyeva 200 manat pensiya alır. Qızı Bahara isə üçüncü qrup əlil olduğuna görə 110 manat müavinət verilir. Ailə 310 manatla bir ay dolanmağa çalışır.

“Bu boyda ailə gözünü o pula dikib. Hər ayın 15-ni səbirsizliklə gözləyirəm ki, pensiya verəcəklər, evə bir kilo ət alacam. Qalan pulla dükana borcu bağlaya bilsəm, xahiş eləyirəm ki, yenə bir kisə un versinlər borca. Bütün həyatımız borcla keçir. Uşaqlarımı da belə böyütmüşəm”, - hər ifadə ailənin ağır vəziyyətindən xəbər verir.

Təzəgül xanımın çox şeyə ümidi qalmayıb. Ayın 15-nə də hələ çox var...

"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"
"İcra başçısının kabinetindən çuvalla pul çıxanda biz evdə acından ölürdük"

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024