Karusel / Slayd (7-10-2019, 10:51)
Sahil Babayev ən uğursuz kadr kimi...
Sahil Babayev...2018-ci ildən adı illər əzbəri olan bu gənc adam, bu gənc nazir sanki siyasi harakiri (samurayların intihar növü, əsasən qarın yırtmaq, özünü doğramaq üsulu ilə - müəllif) ilə məşğuldur. Axı bu sürətlə siyasi intihara doğru irəliləməyin mənası nədir, cənab Babayev?!
Bu sətirlərin şifrələrini, kodlarını sizin üçün açmağa çalışaq - onunla paralel təyin olunan yeni nazirlərin heç biri özünüməhvə belə addımlamır.
Anaxeber.info təklif edir ki, gəlin baxaq: İnam Kərimov aqrar sektor kimi ağır sahədə astagəldir, amma başabəla deyil, Vüsal Hüseynov miqrasiya sistemində haradasa, nəysə etməyə çalışır, Ceyhun Bayramov problemləri başdan aşan təhsil sahəsində kosmetik fəallığını nəzarətdən buraxmır, işlədiyi görüntüsünü yaradır, Rövşən Rzayev ən azı qaçqınları üzərinə qaldırmır, aşkar haqsızlığa yol vermir, korrupsiya ittihamı yoxdur, amma Nazirlər Kabinetinin yeni üzvlərindən olan Sahil Babayev “çiçəyi burnunda”, kresloda oturmağın həzzini hələ yaşamamış elə qanunsuzluqlara yol verir, elə saxtakarlıqlara göz yumur ki, hamı bir nəfər kimi haqlı olaraq soruşur - niyə islahat getmir???
Bu suallar boşdan yaranmayıb, çünki saxta əlillik, məşğulluq mərkəzlərində rüşvət və s. çirkinliklər aradan qalxmayıb. O cümlədən, özünüməşğulluq proqramı da mənimsəmələri üzə çıxardı.
Sahil Babayevin yaxşılıq etmək əvəzinə, kəndliyə qoca, xəstə inəklər bağışlayıb pislik eləməsi onun bütün nazir xarizmasını, reputasiyasını göydən yerə gumbultu ilə endirdi.
İndi əhali iki ad və ünvan eşidəndə qəzəblənir: Milli Məclisin Sosial Siyasət Komitəsi və onun sədri Hadı Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və rəhbəri Sahil Babayev...
Hər ikisi aztəminatlı təbəqəni qızışdırmaq, əsəblərini tarıma çəkmək, haqqı nahaqqa verməklə məşğuldur.
H.Rəcəbli bir yana, hamı ondan əlini üzüb, amma ən gənc və islahatçı nazir kimi təqdim edilən S.Babayevə həm prezidentin, həm vətəndaşların böyük etimadı varıydı.
O isə gəldiyi gündən nə Səlim Müslümovdan, nə Füzuli Ələkbərovdan fərqlənir. Sanki bu nazirliyin alnına rüşvət, əyri-üyrülük, yeyinti, saxta əlillik, məşğulluq xidmətlərini bazara çevirmək yazılıb. Kim gəlirsə, islahat aparmır, dəyişmir, şəffaflığı təmin etmir.
Məsələn, Biləsuvar rayon Ovçubərə kənd sakinləri Süleymanov Hüseyn Əhməd oğlu və İsmayılov İsmayıl Şahüseyin oğlunun müraciəti də bu qəbildəndir.
Müraciətdə deyilir ki, S.Babayev prezidentin qanunlarına zidd gedərək keçmişdə nöqsanı olan məmura təzədən vəzifə verib:
“Bu şəxs Biləsuvar Məşğulluq Mərkəzini ələ keçirmiş Mübariz Mustafayevdir. Bu adam rüşvətxorluqla, saxtakarlıqla məşğuldur.
İdarənin baş məsləhətçisi Şahin Cəfərov isə saxta sənədlər əsasında dövlətin külli miqdarda vəsaitini talan etməkdə ona dəstək verməkdədir.
Amma Sahil Babayev belə adamlara vəzifə verib. Onlar heyvandarlığın inkişafı proqramından şəxsi məqsədləri üçün istifadə edirlər.
Necə olur ki, dəfələrlə həm işlə təmin olunmaq, həm heyvandarlığın inkişafı proqramından yararlanmaq üçün Biləsuvar Məşğulluq Mərkəzinə müraciətlər etmişik, heç biri yerinə yetirilməyib.
Mütləqdir ki, ya Mübariz Mustafayevlə qohum olasan, ya Şahin Cəfərova “şapka” verəsən, onda müraciət müsbət həllini tapır. Budur islahat?”
Müraciətin ən sensasion hissəsi isə Biləsuvar Məşğulluq Mərkəzi rəisi M.Mustafayevin nazirlikdə bir şəxslə əlaqə quraraq özünə II qrup gözdən əlillik təyin etdirməsidir. Gözdən əlil və idarə rəisi...Bəs, nazir yüzlərlə saxta əlliliyi aşkarlayıb ləğv edildiyini söyləmişdi?
Məktubda deyilir ki, nazirliyin Daxili Nəzarət və Audit Şöbəsinin rəhbərliyi, Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev yerlərdə belə məmurlara himayədarlıq edirlər.
Elə bu günlərdə saytımıza daxil olan digər məktubda da təsdiqlənirdi ki, rəmzi adı “əlillər klubu” olan şəbəkə nazirliyin Daxili Audit şöbəsində fəaliyyət göstərir.
Belə ki, daxili audit şöbəsinin əməkdaşlarının əksəriyyəti saxta əlilliyi olan, əlillik müavinəti alan və əmək qabiliyyəti olmayan şəxslər kimi qeydiyyata düşmüş insanlardır.
Xüsusilə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı şöbəsinin müdiri Eyvaz İsmayılovun, Dövlət Sosial Müdafiə Fondunun Sosial yardım sektorunun sektor müdiri, DSMF-nin monitorinq qrupunun rəhbəri Fikrət Məmmədovun özlərinə II qrup əlillik pensiyası düzəltdikləri məlum olmuşdu. Hətta Səlim Müslümovun kadrları bunu etməzdilər...
II qrup əlillik dərəcəsi təyin olunması üçün tibbi rəy verilməlidir. Adıçəkilən məmurlar azı 6 ay stasionar müalicədə olmalıdırlar.
Amma onlar tək deyil, nazirlikdə vəzifə tutan Heybət İmanov, Cəmil Kərimov, Rüfət Bəbirov və bir neçə digər əməkdaşlar da saxta yolla əlillik əldə ediblər.
Axı bu gənc naziri nə vadar edir ki, belə qeyri-şəffaf işləsin? Nə üçün hələ ki haqqında pozitiv danışılan kənd təsərrüfatı naziri İnam Kərimov kimi ola bilmir?
Özünüməşğulluq proqramı ciddi maxinasiyalar, sosial güzəranın heç də yaxşılaşmaması ilə müşayiət edilməkdədir.
Bu layihədən istifadə edənlərin sosial yardımdan asılılığı azalmalıydı. Amma necə – qısır, xəstə, bala verməyən, qoca heyvanla? Bu cür hallar bir deyil, beş deyil, hər əyalətdən, hər kənddən şikayətlərin ardı-arası kəsilmək bilmir.
Belədə isə dövlətin 35 milyonu havaya sovrulub yoxsa çırpışdırılıb, bu bəlli deyil, fakt faktlığında qalır ki, layihə blefdir, vətəndaşların ünvanlı sosial yardımdan asılılığı qalmaqdadır.
Bütün bu eybəcərliklər həm də ona görə baş verdi ki, Sahil Babayev nazir təyin edildikdən sonra vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyi və biznes sahəsindən tanıdığı xeyli dostlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) yüksək vəzifələrə təyin etdi.
Bu kadr “siyasəti” bu cür də nəticələndi. Məsələn, ƏƏSMN-ə Aparat rəhbəri təyin olunan Hidayət Abdullayev Sahil Babayevin vaxtı ilə işlədiyi İqtisadiyyat Nazirliyindəki dostlarından biridir.
S. Babayevin maraqlı təyinatlarından biri də elə yuxarıda söz açdığımız cümlə problemlərə bais Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayevlə bağlıdır.
Nazir xidmətin rəisi Anar Bədəlbəylini vəzifəsindən kənarlaşdıraraq, onun yerinə uzun illər əvvəl bank sektorundan tanıdığı dostu Fuad Musayevi gətirməklə az qala “Dostluq” komandası yaratdı.
Fuad Musayev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin oğludur.
Sahil Babayev - Fuad Musayev işbirliyinin bağları çox dərindir. Yəqin elə bu səbəbdəndir ki, Sahil Babayev hətta böyük pulların dövr etdiyi yoxsullara paylanılan inəklərin və digər mal-materialların alınması kimi “böyük məsələ”ni də dolayısı ilə Fuad Musayevin nəzarətinə verib.
Anaxeber.info

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024