Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (1-10-2019, 12:39)
Daha bir deputatın qardaşlarının borc qalmaqalı

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Çingiz Qənizadənin qardaşlarının və yaxın qohumlarının banka borcu olduğu məlum olub. 

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, "Accessbank" deputatın qardaşları Feyruz Qənizadə, Gündüz Qənizadə, yaxın qohumları M.Qəniyeva, Rövşən Əfəndiyev və Ruslan Həşimova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırıb. 

2018-ci ilin sonundan Ağdaş Rayon Məhkəməsinin sədri Famil Nəsibovun sədrliyi ilə baxılan məhkəmə işi bu ilin iyun ayınadək davam edib. Məhkəmə yekun akt olaraq ərizənin baxılmamış saxlanılması barədə qərar qəbul edib və əsas olaraq tərəflərin məhkəmə prosesində iştirak etmədiyii göstərib. 
Kreditin biznes məqsədi ilə götürüldüyü və böyük miqdarda olduğu bildirilir.

Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Milli Məclisin üzvü Rafael Cəbrayılovun deputat mandatından imtina etməsi ilə nəticələnən borc qalmaqalı (Rafael Cəbrayılovun özünün və qardaşının banka və vətəndaşlara külli məbləğdə borcu var) deputatların biznes sahələrinə nəzarət məsələsini gündəmə gətirib.

Xüsusilə, mandatdan imtina qalmaqalı səngiməmiş, onunla eyni komitədə təmsil olunan Çingiz Qənizadənin qohumlarının adının hallanması məsələnin ciddiyyətindən xəbər verir.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024