Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-07-2014, 18:42)
“Siyəzən Broyler”in qaranlıq məqamları

İki ilin eyni ayında baş verən yanğın hadisəsinin bağlılığı

 

Sağlam olmaq istəyiriksə, broyler toyuqlardan uzaq olaq..!
Bu gün ölkədəki broyler fabriklərinin məhsulları keyfiyyət və qiymət sarıdan çox problemlidir. Hər iki göstəriciyə görə, onlar xaricdən gətirilən toyuq məhsullarına uduzurlar. Araşdırmalar göstərir ki, hazırda yerli bazarda "Siyəzən Broyler”, "Dəvəçi Broyler”, "Hövsan Quşçuluq” MMC, "Zirə Broyler” fabriklərinin məhsullarının satışı üstünlük təşkil edir. Supermarketlərin dondurucularının yarıdan çox hissəsini tutan bu broylerlərin 1 kiloqramının qiyməti 3-5 manat arasında dəyişir.
Amma həmin qiymətlərə broyler alan istehlakçı keyfiyyətli quş əti ilə qidalana bilmir. Araşdırıcılar ən adi misalla fikirlərini əsaslandırırlar. Bildirilir ki, broylerlərin qoxusu onların "sirrinin” açarıdır. Bizdə isə yerli fabriklərin məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Digər ölkələrin broyler toyuqlarında belə qoxu yoxdur. Məsələn, Türkiyədən idxal edilən broylerlərin əti bərk olmaqla yanaşı, qoxusuzdur.
Başqa bir şübhəli nüans isə Azərbaycanda broylerlər digər ölkələrlə müqayisədə tez böyüyürlər. Belə ki, Türkiyədə broyler təsərrüfatlarında toyuqların ətə-qana gəlmə müddəti 45 gündür. Azərbaycanda bu müddət yaxşı halda 22-30 günlə məhdudlaşır. Normalda isə bu müddət 60 gün olmalıdır. Göründüyü kimi, bizdə müəmmalı səbəblərdən toyuqlar normal, dünyada qəbul olunan standartlardan 2-3 dəfə tez böyüyür ki, bu da ortaya çıxan məhsulun keyfiyyəti ilə bədgüman olmaq üçün ciddi əsaslar verir. Broyler toyuqları barədə daha bir qaranlıq məqam odur ki, hazırkı broyler toyuqlarının qablaşdırıldığı nazik materiallar qida üçün yararsızdır. Onun tərkibində olan zərərli maddələr qidaya keçir. Polivinilxlor nazik materiallarından olan bükülmələr həmin broyler toyuqlarını təhlükəli qidaya çevirir. İkinicisi, Azərbaycanın broyler fabriklərində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər. Bunun nəticəsidir ki, bizdə broyler məhsulu olan toyuqların sümükləri əksər hallarda qara, əti selikli olur, tez dağılır və yemək üçün yararsızdır. Bundan başqa murdar olmuş toyuqlar qablaşdırıldığına dair də şübhələr var. Daha bir ilginc məqam, dünyanın heç bir ölkəsində broyler fabriklərinin yaxınlığından Azərbaycanda olduğu kimi dəhşətli qoxu gəlmir. Orada toyuğun peyini ya maddələrlə utilizasiya, ya da kənd təsərrüfatında peyin kimi istifadə olunur. Azərbaycanda isə broyler fabriklərinə bir neçə kilometrdən belə, yaxınlaşmaq mümkün deyil. Bəzi bilgilərə görə, bizim broyler fabriklərində toyuqlara Argentinadan gətirilmiş genetik modifikasiya olunmuş, jmıxlar verilir. Bu da istehlakçıların sağlamlığı üçün ciddi təhdidə çevrilir. Daha pisi isə odur ki, Azərbaycanın əksər broyler fabriklərinin arxasında "güclü əl” var, onlar hansısa iri məmurların nəzarətində və himayəsindədir. Bu səbəbdən də onlara "gözün üstə qaşın var” deyən yoxdur. Sonucda isə ortaya istehlakçıların həm cibi, həm də sağlamlığı üçün yaxşı olmayan mənzərə çıxır.
"Siyəzən Broyler” adı altında fəaliyyət göstərən fabrik bildiyimiz kimi, Siyəzən rayonunun Kiçik Həmyə kəndi ərazisində yerləşir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iyulun 6-da saat 15:00 radələrində Siyəzən rayonu ərazisindəki Siyəzən broyler fabrikinin sexlərinin birində yanğın hadisəsi baş vermişdi. Əsən külək yanğının daha geniş ərazilərə yayılmasına şərait yaradıb. Yaxınlıqdakı pay torpaqlarına keçən alov dəniz kənarına bitişik meşə fondu torpaqlarını da, əhatə edib. Daha dəqiq desək, Siyəzən rayonu, Bakı-Quba yolunun 90-cı kilometrliyində Siyəzən Broyler ASC-yə məxsus ümumi sahəsi 8960 kv.m olan sökülmüş sexlərin içərisində məişət tullantıları yanıb. Yanğın nəticəsində ərazidə 3 hayabanı otlaq sahəsi və Kiçik Həmyə kənd bələdiyyəsinə məxsus 150 ha sahədə kol-kos və 30 ədəd meşə zolağında olan ağac yanıb. Yanğın ərazisində 6 yanğınsöndürən maşın və FHN-in aviasiya dəstəyinin bir helikopteri də yanğının söndürməyə çalışıb Yanğının söndürülməsi işinə həmçinin yerli sakinlər, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, Siyəzən RİH-də fəaliyyət göstərən komissiyanın üzvləri də cəlb olunub. Xatırladaq ki, ötən il iyul ayının 18-də məhz eyni indiki kimi, Siyəzən broyler fabrikinin sexlərinin birində yanğın hadisəsi baş vermişdi. Bu isə həm maraqlı, həm də qaranlıq məqamdır. Artıq adət halını almış kimi, iki il ard-arda məhz yay ayında həmin fabrikdə yanğın hadisəsi baş verir. Bu da önu göstərir ki, burada hansısa bizlərə görünməyən qaranlıq məqamlar var. Bu məsələni araşdırmaq isə təbii ki, aidiyyəti orqanların səlahiyyətlərindədir. (www.DTV.az)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024