Karusel (15-07-2014, 10:44)
Tanınmış fizik AMEA rəhbərliyini saxtakarlıqda ittiham etdi
Elman Şahverdiyev AMEA-ya keçirilən son seçkilərin ləğvini istəyir
Tanınmış fizik Elman Şahverdiyev Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) keçirilən son seçkilərdən narazıdır. Alim bununla bağlı şikayətini “Yeni Müsavat”a ünvanlayıb, həmçinin dövlət başçısı İlham Əliyevə müraciət edərək seçkilərin nəticələrinin ləğv edilməsini xahiş edib. O, yazdığı şikayət məktubunda bildirir ki, AMEA-ya müxbir və həqiqi üzvlərin seçilməsi ilə bağlı keçirilən son seçki saxtakarlıqla dolu olub. Belə ki, nizamnaməyə uyğun olaraq, sözügedən seçki 3 ildən bir keçirilməli olsa da, qurumda 13 ildə cəmi 3 seçki keçirilib. Alimin iddiasına görə, seçkilərdə layiqli olmayan namizədlər yer tuta biliblər və seçki yuxarılardan gələn siyahı əsasında keçirilib.
“AMEA-ya ”seçkilər" marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi Prezident Administrasiyasından gələn təyinat siyahısı üzrə keçirildi və 30 iyunda başa çatdı. Bu dəfə hətta əlavə yerlər üzrə belə siyahı göndərildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı, Hirş indeksim bütün elm sahələri üzrə AMEA-da ən yüksəkdir, mən kənarda qaldım. Hirş indeksi haqqında: bir alimin Hirş indeksini məsələn, 5 olması o deməkdir ki, o alimin ən azından 5 məqaləsinə ən azı 5 sitat var. Sivil dünyada akademiyalara seçkilər, qrantların verilməsi, elmi vəzifələrə seçkilər elmi işlərə sitatlar Hirş indeksi əsasında keçirilir. Əksər ölkələrdən fərqli olaraq, MDB-də seçilmişlər əlavə maaşla təmin olunurlar.
Azərbaycanda müxbir üzvlər 800 manat, həqiqi üzvlər 1200 manat əlavə pul alırlar ki, bu da “seçkilərdə” olan intriqaları iti süjetli dramaturgiya səviyyəsinə qaldırır və elmə aidiyyəti olmayan şəxslərin varlığını üzə çıxardır. Xaricdə akademiyalar daha çox alimlərin üzvlük haqqı ödədiyi müzakirə klublarını xatırladır, amma ora əsl seçki keçirilir, yeni yerlər satılmır. Amma üzvlər bir çox preferensiyalara malik olurlar, bəzi jurnallara pulsuz abunə, bəzi konfranslarda ödənişsiz iştirak və sair. Çox maraqlı bir faktı qeyd edim ki, Nobel mükafatı alanların az qala 90 faizinin Hirş indeksi 30-u keçir, onlarla məqalələrinə isə minlərlə və yüzlərlə sitatlar edilir. Fizika üzrə müxbir üzvlüyə təyin edilənlər arasında 1986-cı ildən xaricdə bir məqalə dərc etdirməyən, yalnız Azərbaycanda bir məqalə dərc etdirmış Rauf Hüseynov var. O, ilin çoxunu ABŞ-da yaşayır və elmi işlə məşğul olmur. Görəsən, onda o, elmin inkişafında hansı xidmətlərinə, hansı qiymətli tədqiqatlarına görə belə yüksək elmi rütbəyə layiq görülüb? Sualın cavabı çox sadədir: belə bir adamın müxbir üzv təyin edilməsi ölkənin onlarla istedadlı elmi işçilərini ələ salmaq, elmi ictimaiyyəti məsxərəyə qoymaq, ona meydan oxumaqdır. Mesaj belədir ki, biz bizim Elmlər Akademiyasına elmlə məşğul olmayan adamı təyin edırik, təki “bizim adam” olsun. Çox güman ki, bu tendensiya elmi gözdən salmaq üçün düşünülmüş addımdır.
Digər təyin edilmiş müxbir üzv- İskəndər Cəfərov öz yazılı ərizəsi ilə sənədlərini geri alıb, sonradan yuxarıdan göstəriş əsasında sənədlərini geri qaytarıb. Maraqlıdır ki, onun adı elektorat üçün dərc olunmuş məlumat kitabçasında olmayıb. Bəs görəsən, elmi nəticələrə malik olmayan İskəndər Cəfərov hansı xidmətlərinə görə təyin edilib?
Təyin edilmişlər arasında 22 ildir Türkiyə və Almaniyada yaşayan, yalnız 2013-da doktorluq diplomunu almış Ənvər Nəhmədov da var. Yaşı 70-i haqlayan bu şəxs son 3-4 il ərzində Ənvər Nəhmədovun müəllifi olduğu məqalələrə həmmüəlliflik edərək çox nüfuzlu “Physical Review” jurnallarında məqalə dərc etdirmiş azsaylı azərbaycanlı alimlərin siyahısına daxil olub. Şəxsi maraqlarını hər şeydən üstün tutan bu şəxsin təyin etdirdiyi ikinci adam-fizika üzrə baza təhsili olmayan, yalnız bir neçə aydır ki, direktor təsdiq olunmuş Nazim Məmmədovdur" deyə, fizik məktubunda bildirir.
Onun sözlərinə görə, Elmin İnkişaf Fondunun (EİF) indiyə qədər Azərbaycan elminə qoyduğu vəsaitin az qala yarısı Nazim Məmmədovun adının keçdiyi pilot və sair layihələrə ayrılıb: “Milyonlarla qrant almasına baxmayaraq, Nazim Məmmədov yalnız tək-tük məqalələrində aparıcı müəllif kimi çap olunub, əksəriyyət məqalələrdə isə o ya sonuncu və ya 5-ci, 6-cı yerlərdə qərar tutub. Əlbəttə, müasir elm xarici alimlərlə geniş əməkdaşlıqdan keçir. Amma hər şeyin həddi var! Nazim Məmmədovun həmişə məşğul olduğu mövzu marginal bir mövzu olduğundan o, bir az aktual sahələrə baş vurmağa çalışır, gah topoloji izolyatorlara aid məqalələrə həmmüəlliflik edir, gah AMEA Rəyasət Heyətində ona qətiyyən aidiyyəti olmayan ksistalloqrafiya sahəsində aktual bir təqdimatda həmməruzəçi kimi çıxış edir, gah da doktorluq dissertasiyaları hazır olmuş alimlərə, görünür, asan müdafiə müqabilində, məsləhətçilik edir.
Bax indi sual olunur ki, görəsən, yenicə direktor təsdiq edilmiş Nazim Məmmədov elmin inkişafında hansı xidmətlərinə və hansı qiymətli tədqiqatlarına görə ən yüksək elmi rütbələrdən birinə layiq görülüb?"
Şikayətçi Fizika İnstitutunda çalışan kurator Oqtay Ələkbərovdan da söz açır və bildirir ki, Fizika İnstitutunun əməkdaşlarının təhlükəsizliyini təmin etmək və fizika-riyaziyyat-texnika elmlərini Oqtay Ələkbərovun əsarətindən xilas etmək lazımdır. O, hətta bununla bağlı dövlət başçısı İlham Əliyevə xüsusi olaraq da müraciət etdiyini vurğulayır: “Belə ğörünür ki, PA-nın təyinat siyahısı elmin inkişafına yox, əksinə, onun tənəzzülünə yönəlmiş düşünülmüş bir addımdır, çünki bu təyinatlar elmdə ən yüksək rütbələrin layiq olmayanlara verilmiş hədiyyədir, AMEA-da çalışan onlarla istedadlı alimə mesajdır ki, biz elmi nailiyyətləri sivil dünyada qəbul olunan qaydalara görə yox, öz şəxsi istəyimizə görə, bizə sərf edən formada qiymətləndiririk. Xahiş edirəm yaranmış vəziyyətdə seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq seçkilərin ləğv edilməsi və elm adamları üçün yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz”.
Qeyd edək ki, Elman Şahverdiyev 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur.
Onu da qeyd edək ki, qəzet qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazır olduğunu bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024