Karusel / Slayd (25-11-2017, 18:38)
İqtisadiyyat Universitetinin əməkdaşının kriminal “iqtisadiyyat”ı
Dövlət İqtisad Universitetində çalışan Vəfa Osmanlı həm də dollar alveri ilə məşğul olub. Etibarını qazandığı insanları aldatmağa müvəffəq olan qadın onlara qaşı 1 milyona yaxın dələduzluq edib və pullarını geri qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində 46 yaşlı Vəfa Osmanlının cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Virtualaz.org-un xəbərinə görə, prosesə hakim Zeynal Ağayev sədrlik edib.
İstintaqla müəyyən edilib ki, Vəfa Osmanlı yaxın çevrəsindəki insanları valyuta mübadiləsi ilə məşğul olan tanışının olduğuna inandırmaqla, ucuz qiymətə dollar alıb gətirə biləcəyini vəd edərək aldadıb. V.Osmanlının toruna düşənlərin sayı on nəfərdir, həmin şəxslərə qarşı 1 milyon manata yaxın dələduzluq olunub.
Zərərçəkənlər - Asif Orucəliyev, Cəmalə Cəbrayılova, Kəminə Cəbrayılova, Orxan Səlimov, Solmaz Babayeva, Nəzirxanım Şirinova, Jalə Hüseynova, Bəhruz Nağıyev, Mətləb Kərimov və Səbinə Həsənova V.Osmanlının əməllərindən “bandotdel”ə şikayət ediblər. Onların şikayətləri əsasında V.Osmanlı saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Vəfa Osmanlı zərərçəkmiş Kəminə Cəbrayılova ilə birgə Dövlət İqtisad Universitetində işləyib, yaxın rəfiqə olublar. Rəfiqəsinin valyuta alveri ilə məşğul olduğuna inanan Kəminə Cəbrayılovanın həm özü, həm nişanlısı, həm də bacısı Vəfanın toruna düşüblər. K.Cəbrayılova ifadəsində Vəfanı 6 ildir tanıdığını, bir yerdə işlədiklərini göstərib. Vəfa ona istənilən qədər milli pul əskinazlarını dollara dəyişə biləcəyini söyləyib. Hətta bir neçə dəfə nişanlısı Asifdən aldığı pulları dollara çevirib və qaytarıb, bununla da özünə inam yaradıb: “Emil adlı tanışının müxtəlif banklarla əlaqəsi olduğunu, ona hər hansı məbləğdə pul verdikdə həmin pulun əmanət kimi saxlanılacağını, hər ay üstünə pul gələcəyini vəd etmişdi. Mən də inanıb ona 30 min manat verdim ki, dollara dəyişsin. Vəfa sabah pulu gətirəcəyini dedi, amma nə dollar gətirdi, nə də pulu qaytardı. Həm də bacım Cəmaləni də aldadıb 10 min manatını almışdı”.
K.Cəbrayılovanın nişanlısı Asif Orucəliyev də eyni üsulla aldadılıb. Vəfanın valyuta mübadiləsi ilə məşğul olduğunu eşidən A.Orucəliyev ötən ilin sentyabr ayında ona 75 min manat verib və əvəzində dollar gətirməsini xahiş edib. Amma elə bununla da pulları ilə vidalaşıb. Belə ki, aradan xeyli müddət keçsə də Vəfa hər dəfə bir bəhanə gətirib. Asif pullarını geri tələb etdikdə Vəfa telefonları söndürüb və ondan qaçıb:”Sonradan başa düşdüm ki, məndən aldığı pulları şəxsi məqsədləri üçün sərf edib. Eyni üsulla nişanlım Kəminədən 16 min 500 dollar və 30 min manat pulunu, Kəminənin bacısı Cəmalənin isə 10 min manatını ələ keçirib”.
Orxan Səlimov ifadəsində Vəfanı 2013-cü ildən tanıdığını,ondna əvvəllər bir neçə dəfə nisyə qızıl aldığını, pullarını vaxtlı-vaxtında qaytardığını göstərib. Ötən ilin iyulunda Vəfa O.Səlimova qardaşının Ədliyyə Nazirliyinin Göyçay rayon şöbəsində işlədiyini, iş yerinin dəyişdirilməsi üçün 50 min manat lazım olduğunu deyib: “Vəfaya pulu verdim, amma geri qaytarmadı. Hər dəfə müxtəlif bəhanələr gətirirdi”.
Vəfanın qurbanları arasında 400 min manatından “keçən” Bəhruz Nağıyev də var. Bir neçə dəfə Vəfaya milli pul verib dollar alan B.Nağıyev sonda aldadılıb. Vəfa ona 400 min manatın müqabilində 255 min dollar gətirəcəyini vəd edib, amma gətirməyib: “Pulu heç cür geri ala bilmirdim. Gələcəkdə Vəfanın məndən bu qədər pul almasını etiraf etməməsindən qorxduğum üçün həmin pulu qaytaracağı barədə qəbz aldım”.
Məhkəmə prosesi noyabrın 30-da davam edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024