Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (24-11-2017, 09:07)
Tağı Əhmədov adı “qara siyahı”da

Bir vaxtlar onu iqtidar komandasında “işini bilən”, “professional” adlandırardılar. Yeni Azərbaycan Partiyasının (YAP) sütunlarından biri hesab olunurdı. Söhbət “Bakı Metropoliteni”nin sabiq şefi Tağı Əhmədovdan gedir. Metropoliten rəisi olanda Tağı Əhmədov 30-40 ilin vaqon və elektrovozları ilə sözün əsl mənasında “möcüzə yaradırdı”. Köhnə qatarlarla illərlə metropolitendə fasiləsiz hərəkəti təmin edə bilirdi. Və gün gəldi onu işdən çıxardılar və işlə təmin etmədilər. 

Düzdür, bu gün o YAP-dadır, partiyanın Yasamal təşkilatının sədridir. Bu gün oturduğu rayon təşkilatı binasını T.Əhmədovun öz vəsaiti hesabına tikdirdiyi də iddia olunur. Öz vəsaiti məsələsində bir qədər mübahisəli məqamlar var. Çünki məşhur YAP-çı T.Əhmədovun adı “MTN işi”ndə zərərçəkənlər siyahısına düşüb. Bəlli olub ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun göstərişi ilə T.Əhmədov metropoliten rəisi olarkən özü və yaxınları nəzarətə götürülüb, dinlənilib. Üzə böyük bir korrupsiya cinayəti çıxıb. Bu gün YAP-ın Yasamal təşkilatının sədri postunu tutan T.Əhmədov metropolitenə düşən hər 3 müştəridən 1-nin gediş haqqını özü götürüb. Yaxınları - oğlanları və qardaşı uşaqları isə metropolitendəki ticarət piştaxtalarından hər ay 10 milyonlarla pul yığıb dövlətə ildə cəmi 700-800 min manat pul ödəyiblər. E.Mahmudov bu məlumatları toplayıb kompromat qovluğuna doldurandan sonra T.Əhmədova 3 milyon manat xərac verməsi üçün sifariş göndərib. Məşhur YAP-çı olan T.Əhmədov sifarişi alıb və özü demişkən “burcudub”. E.Mahmudovun “payını” vermək istəməyib. Odur ki, qardaşı oğlunu MTN-ə aparıb döyüb işgəncə veriblər və T.Əhmədov bundan sonra 3 milyonluq xəracı tələm-tələsik ödəyib. O, bu məsələ barəsində E.Mahmudov vəzifəsindən çıxarılana qədər susmağa üstünlük vermişdi. “MTN işi” başladılandan az sonra T.Əhmədov əlində ərizə-şikayətlə Baş Prokurorluğa üz tutub metropolitendən əldə etdiyi pullardan 3 milyonunun əlindən alındığını bildirmişdi...

Amma onun 3 milyon manatı geri qayıtmadı, batdı...

T.Əhmədov metropoliten rəisi postundan çıxarılandan sonra vəzifə almaq üçün çox çaba göstərmişdi. Amma o, YAP-ın Yasamal təşkilatının sədri olmaqla kifayətlənib. T.Əhmədov hazırkı işində o qədər də rahat görünmür.

Son vaxtlar isə onun Yasamalın icra başçısı olmaq üçün müxtəlif ünvanlara baş vurması haqda xəbərlər də gəlir. Ancaq inandırıcı deyil ki, Əhmədov həmin postu tuta bilsin. Görünən isə odur ki, daha Tağı Əhmədova inanmırlar, onu heç yaxına belə buraxmaq istəmirlər. Bu günlərdə hakim partiyanın 25 illik yubileyi keçirildi, bir çoxları orden-medallarla təltif olundu. Hətta mükafatlandırılanlar sırasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var. Tağı Əhmədov isə heç bir mükafata layiq görülmədi. İddia edilir ki, o, de-fakto YAP-ın “qara siyahı”sındadır. YAP-ın rayon təşkilatında saxlanılması isə sadəcə özünün nəzarət altında olması, müxalif mövqeyə keçməməsi ilə əlaqələndirilir. \\musavat.com\\ 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024