Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (21-11-2017, 11:48)
Dəmiryolundakı "Taste" restoranı kimindir?

 

 

 

 

 

 

 

 

 

Bu günlərdə mətbuatda “Dəmiryolu vağzalındakı “TASTE”də marixuana izi – DİSKO, QƏLYAN, SPİRTLİ İÇKİ MƏKANI” başlıqlı yazı dərc edildi. Yazıda qeyd edilirdi ki, dəmiryolu vağzalında yerləşən “TASTE” restoranında müxtəlif əyləncəli, 18+ proqramlar icra olunmaqdadır. Məlumatda qeyd olunur ki, ölkə rəhbərliyi tərəfindən əhaliyə yüksək xidmət baxımından verilən tapşırıqları burada qulaq ardına vururlar. Bu azmış kimi “TASTE” restoranı az qala paytaxtın kriminal məkanına çevrilməkdədir. Qatarların 24 saat hərəkətdə olmasından istifadə edən restoran da 24 saat rejimi ilə fəaliyyət göstərir. Müştərilərinin böyük əksəriyyətinin gənclər olduğunu deyən mənbə burada cənub regionundan gələn marixuanalardan istifadə olunduğunu iddia edir. Aydın məsələdir ki, ASAN xidmətlə yan-yana olan bir restoranda spirtli içki, qəlyan, diskoteka birmənalı şəkildə qadağan edilib. Lakin bu mənzərəni “TASTE”də hər gün yaşamaq mümkündür... (Əvvəlki yazı BURADA).

AFN xəbər verir ki, bu yazıdan sonra özünü Masallı sakini Elnur Ağa kimi (şəxsiyyətini dəqiqləşdirmək mümkün olmadı) təqdim edən şəxs dəmiryolu vağzalındakı “TASTE” restoranının da ləğv edilmiş MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor, hazırda həbsdə olan Qurbanov Sübahir Xaliq oğluna məxsus olduğunu iddia edir. Əgər fakt təsdiq olunsa, bu, həm də Cavid Qurbanova qarşı qurulan oyun kimi dəyərləndirilə bilər. Mənbənin qeyd etdiyinə görə, hal-hazırda restoranı Sübahir Qurbanovun yaxın qohumu, həmkəndlisi Talıb adlı şəxs idarə edir. O, bəzi şəxslərə “TASTE” restoranındakı özbaşınalıqları, əxlaqsızlıqları və MTN izinin itirilməsi üçün külli miqdarda vəsait verdiyini iddia edib. 
İstənilən halda biz Sübahir Qurbanovun ölkəmizə necə ziyan vurduğunu bilmək üçün bəzi rəsmi məlumatları təqdim edirik. 
Son bir ildə Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi ətafında baş verən proseslərlə bağlı müxtəlif rəsmi məlumatlar dərc etmişik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən generalları və onların əməkdaşlarının dəyəri milyonlarla ölçülən əmlaklarınınn üzərinə həbs qoyulub.

MTN zabitlərinə məxsus mənzillər, qeyri-yaşayış obyektləri və avtomobillər qiymətləndirilərək siyahısı dövlətə və vətəndaşlara vurulan maddi zərərin ödənilməsi ilə bağlı müsadirə edilməsi üçün məhkəməyə təqdim olunub.

MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna məxsus əmlaklar:

1- 4.120.000 manat dəyərində Nəsimi rayonu, Mərdənov qardaşları küçəsi 94 “a” ünvanında yerləşən qeyri-yaşayış binası
2- 384.000 manat dəyərində Nəsimi rayonu, Səməd Vurğun küçəsi 88, giriş 2 ünvanında yerləşən 34 №-li mənzil
3- 32.450 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
4- 63.000 manat dəyərində Biləcəri qəsəbəsi, Natəvan küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi
5- 63.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 18 ünvanında yerləşən 11 №-li mənzil
6- 60.000 manat dəyərində Ü.Hacıbəyov küçəsi 19 ünvanında yerləşən 10 №-li mənzil
7- 282.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən bağ evi
8- 48 000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi
9- 87.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,20 ha torpaq sahəsi
10- 130.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,30 ha torpaq sahəsi
11- 392.000 manat dəyərində Abşeron rayonu, Novxanı kəndində 0,385 ha torpaq sahəsi və üzərindəki tikililər
12- 1.200.000 manat dəyərində Abşeron rayonu, Digah qəsəbəsində yerləşən torpaq sahəsi və üzərindəki yanacaqdoldurma məntəqəsi
13- 100.000 manat dəyərində Masallı rayonu Qızılavar kəndində 0.0636 ha torpaq sahəsində yerləşən yanacaqdoldurma məntəqəsi
14- 37.000 manat dəyərində Səbayel rayonu, R.Behbudov küçəsi 8 ünvanında qaraj
İstintaq zamanı bu əmlakların ümumi dəyəri 6.998.450 manat hesablanıb. Bundan əlavə, Sübahir Qurbanova məxsus mənzillərdə, evlərdə axtarış zamanı aşkar edilən 54.779 manat dəyərində qiymətli əşyalara, 38.150 manat, 11650 dollar, 5000 avro pul əskinazlarına, özünün, ailə üzvlərinin bank hesablarında olan pullara da həbs qoyulub.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dəmiryolundakı "Taste" restoranı kimindir? - İDDİA
Dəmiryolundakı "Taste" restoranı kimindir? - İDDİA
Dəmiryolundakı "Taste" restoranı kimindir? - İDDİA
Dəmiryolundakı "Taste" restoranı kimindir? - İDDİA

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024