Karusel / Slayd (20-11-2017, 18:17)
Deputat oğlunun şəriki həbs olundu
Deputat oğlunun şəriki Azərbaycana ekstradisiya olundu
AZXEBER.COM criminalaz.org-a istinadən xəbər verir ki, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun dostu və şəriki Elnur Rauf oğlu İbrahimov nəhayət ki, Azərbaycana ekstradisiya olunub. E.İbrahimovun Rusiya paytaxtından Azərbaycana ekstradisiya üçün həftə sonu Daxili İşlər Nazirliyinin əməkdaşları ezam olunublar. E.İbrahimov şənbə günü nəzarət altında Azərbaycana gətirilərək Xətai rayon Polis İdarəsinə aparılıb.
Elnur İbrahimov İnterpol xətti ilə axtarışda idi. Onun Moskvada gizləndiyi bilinsə də, hərəkət sərbəstliyi haqda məlumatlar da gəlirdi. Beynəlxalq Polis Təşkilatının əməkdaşları Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Elnur İbrahimovu 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskvada həbs ediblər. ı E.İbrahimov barəsində 2014-cü ilin iyulunda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda dələduzluq) cinayət işi başlayıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən barəsində həbs-qəti imkan tədbiri seçilib. E.İbrahimov 2013-cü ilin əvvəlindən başlayaraq bizneslərini böyütmək adı ilə vətəndaşlardan pul toplamağa başlayıblar. Ümumilikdə 8 milyon manat pul toplanıb.
Vətəndaşlara bildirilib ki, onlardan alınan pullar ofis ləvazimatlarının, katriclərin ölkəyə gətirilməsi və satışının təşkilinə yönəldilir, əldə olunan qazancdan onlara dividend (Şirkətin səhmdarları arasında bölünməli olan gəlirin bir hissəsi; hər bir səhmdarın payına düşən gəlir) veriləcək. Dividend ödənişi bir neçə ay davam edib. Həbib Axundov və Elnur İbrahimov dividend ödənişinin dayandırılmasının səbəbini izah etməyiblər.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov H.Axundovla E.İbrahimovun şirkətinə yatırdıqları pulları geri tələb ediblər. Lakin pulları geri qaytarılmayıb. Məsələyə deputat Elmira Axundova qarışıb. Vətəndaşlara vəd olunub ki, məsələ həllini tapacaq. Bundan 3 gün sonra – 9 sentyabr 2013-cü ildə Elnur İbrahimov ölkədən çıxarılıb. Onun barəsində Daxili İşlər Nazirliyi (DİN) Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb, 4 ildir ki, istintaq yerində sayır.
Hazırda deputat Elmira Axundovanın oğlu Həbib Axundov da iş üzrə zərərçəkən kimi tanınıb. Lakin o, digər zərərçəkənlər kimi Elnur İbrahimovun ölkəyə ekstradisiya olunması üçün hər hansı bir addım atmırdı. Özü və anası Elmira Axundova digər zərərçəkənləri müxtəlif iddialarla məhkəməyə veriblər.
Bildirilir ki, zərərçəkənlərin israrlı tələblərindən sonra Elnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya Federasiyasının Moskva şəhərində həbs olunub. Onun İnterpol xətti ilə axtarışa verilməsi üçün iş üzrə zərərçəkən kimi tanınan vətəndaşlar 2 il aidiyyatı dövlət qurumlarına ardıcıl müraciətlər ediblər. Həbib Axundovun isə bunun üçün hər hansı addım atmadığı bildirilir.
Həbib Axundov heç nə olmamış kimi davranır
Hazırda iş üzrə zərərçəkənlər iki hissəyə bölünüb. Bir tərəfdə Elnur İbrahimovun dostu Həbib Axundov, digər tərəfdə isə Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov dayanıblar. Həbib Axundov xaric digər zərərçəkənlər Elnur İbrahimovun ölkəyə gətirilməsi və həqiqətin üzə çıxması üçün çalışırdılar.
E.İbrahimov artıq ölkədədir və onun adı əsas sima kimi keçən dələduzluq işinin düyünü açılmaq üzrədir.
Hüquq-mühafizə orqanlarında təzyiqlərə məruz qalmışam
Maraqlı məqamlardan biri də budur ki, Elnur İbrahimov 2016-cı il noyabrın 22-də Rusiya paytaxtı Moskvada həbs edildikdən sonra bəyan edib ki, Azərbaycana təhvil veriləcəyi təqdirdə həyatına təhlükə olacaq və Azərbaycana təhvil verilməməsi üçün hərəkətə keçmişdi. Rusiya Ali Məhkəməsinin qərarında yazılanlara görə, o, apelyasiya şikayətində qeyd edib ki, Azərbaycan hüquq-mühafizə orqanlarında saxlanılarkən təzyiqlərə məruz qalıb, ona işgəncə verilib, burnu sındırılıb. Buna görə də Rusiya dövlətindən sığınacaq istəyir, Azərbaycana qaytarılmamasını xahiş edirdi. Rusiya Ali Məhkəməsinin qərarında göstərilir ki, Elnur İbrahimovun gətirdiyi dəlillər araşdırılıb, boş sözlərdən ibarət olduğu, Azərbaycan tərəfinə təhvil verilməməsinə hesablandığı təsbit edilib.
Məsələ ilə bağlı Xətai rayon Polis İdarəsinin növbətçi hissəsi ilə əlaqə saxladıq. Növbətçi hissədən E.İbrahimovun ölkəyə gətirildiyini təsdiqləsələr də hər hansı bir əlavə məlumat vermədilə