Karusel / Slayd (2-11-2017, 21:04)
Bakı Şəhər İcra Hakimiyyətinə tabe olan idarədə pul mənimsəmələri üzə çıxdı
Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Yaşıllaşdırma Təsərrüfatı Birliyinə dövlət büdcəsindən ayrılmış vəsaitlərin icra vəziyyətini yoxlayıb.
“Nizamnaməsinə əsasən, Birliyin əsas vəzifəsi Bakı şəhərində və Abşeron yarımadasında yaşıllaşdırma və mövcud yaşıllıqlara qulluq işlərini mərkəzləşdirilmiş qaydada həyata keçirmək, yaşıllığın və toxumçuluğun inkişaf etdirilməsi, yeni parkların, bağların, bağçaların, istirahət sahələrinin, zeytun plantasiyalarının, güllüklərin salınmasını, onların qorunmasını təmin etmək, şəhər əhalisinin gül və gül məhsullarına olan təlabatını ödəmək və qanunla qadağan olunmayan digər fəaliyyətdən ibarətdir. Birliyin tabeliyində müstəqil balansa malik “Yaşıllıqtikinti” Podrat İxtisaslaşdırılmış Təmir-Tikinti Müəssisəsi, Ağac-Bəzək Bitkiləri Sovxozu, Avtomobil Nəqliyyatı İdarəsi, Su Quyularının İstismarı və Təmiri Xidməti Müəssisəsi fəaliyyət göstərir. Birlik tərəfindən qulluq edilən yaşıllıq ərazisi faktiki olaraq hər ay orta hesabla 2015-ci ilin IV rübündə 3 032,8 hektar, 2016-cı ildə 3 778,3 hektar təşkil edir. Auditlə, ümumilikdə, 17 144,2 min manat məbləğində vəsait əhatə olunub.
Birliyin Nizamnaməsinin bəzi tələblərinə riayət edilməyib, onun strukturunu və ştat cədvəlini BŞİH təsdiq etməyib, strukturu “İdarə aparatı” və “sahə işçiləri” olmaqla Birliyin rəhbərliyi təsdiqləyib. Nəticədə 2016-cı ildə aparat işçilərinin ştat cədvəli üzrə 10 dəfə, sahə işçilərinin ştat cədvəlində isə 15 dəfə dəyişiklik edilib.
Bakı şəhərinin yaşıllıqlara xidmət göstərilməsi üçün “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə dövlət büdcəsi layihəsinə təqdim olunan və icra prosesində Birlik tərəfindən qulluq edilən sahə göstəriciləri arasında əhəmiyyətli fərqlər olub, müvafiq illər üzrə “abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə yaşıllıqlara qulluq xərcləri üzrə təqdim olunmuş proqnozlaşmada Birlik tərəfindən yaşıllıqlara xidmət xərclərinin tərkibində norma ilə nəzərdə tutulmayan xərclər nəzərdə tutularaq proqnozlaşdırılıb.
Birliyin təsdiq edilmiş ştat cədvəllərində yaşıllıq sahəsi işçilərinin əmək haqları qüvvədə olan normativ-hüquqi aktların tələblərinə uyğun müəyyənləşdirilməmiş, aqronom vəzifəsinə uyğun olmayan ixtisaslarda (müəllim, mühəndis, iqtisadçı və s.) audit dövründən əvvəl 13 nəfər şəxs işə qəbul edilib və onlara əmək haqqı ödənilib, yaşıllıq sahəsi işçilərinin icbari sığorta haqqı ödənilərkən işdən çıxan işçilər üzrə sığorta haqqı azaldılmayıb.
Birlik qanunvericiliyin tələblərinə riayət etməyərək, balansında olan yaşıllıq sahəsinin, habelə həmin sahədə ağac və kolların, çəmənlik və gül sahəsinin, çoxillik əkmələrin inventarizasiyası aparılmamış, alınması rəsmiləşdirilmiş əkin materiallarının, o cümlədən ağac və kolların, hazır çimin, gül şitillərinin yaşıllıq sahələrində əkilməsi sahə üzrə (rayon üzrə) aktla sənədləşdirsə də, ünvan və say barədə məlumatlar əks olunmayıb.