Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-10-2017, 12:53)
Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları-ARAŞDIRMA

Ağdam səhiyyəsində müəmma dolu maliyyə əməliyyatları-ARAŞDIRMA

 

 Baş həkim Bəxtiyar Haqverdiyev “vəzifəsini unudub”, əməkdaşımızı təhdid etdi

 

 

 

“Grand-02” MMC, “Tayqa-85” MMC, “Azər İnşaat 2012” MMC, “İnşaatçı-M.S” MMC və s.

 

Mediatv.az Yenixeber.org: istinadən xəbər verir ki Ağdam rayon səhiyyəsində gerçəkləşən müəmma dolu maliyyə əməliyyatları ilə bağlı son yazımız geniş ictimai marağa səbəb oldu. Xatırladım ki, Ağdam səhiyyəsində maliyyə əməliyyatları:10 manatlıq nizamnamə kapitalı ilə?!” sərlövhəli yazımızda direktoru Azər Həsən oğlu Mirzəyev olan (Rayonda “Seyid Azər” kimi tanınır.)“Azər İnşaat 2012” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Ağdam səhiyyəsində həyata keçirdiyi müəmmalı maliyyə əməliyyatlarından yazmışdıq.  Təəssüf ki, bütün cəhdlərimizə rəğmən, nə baş həkimdən, nə də hörmətli iş adamından suallarımıza cavab ala bilmədik. Baş həkim Bəxtiyar Haqverdiyevin reaksiyası isə maraqlı oldu:  “sizə nə məlumat veriblər verin getsin, heç bir mövqe bildirmirəm”(?) Növbəti-indi oxuyacağınız məlumatlarla bağlı suallarımıza isə baş həkim bizi məhkəmə ilə təhdid etməklə “cavab verdi”. Olsun, bütün bunlara baxmayaraq, biz baş həkimin mövqeyinə sayqıyla mövzunu davam etdiririk.

                                                               ***

Öncədən qeyd edək ki, Ağdam Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində rayon Mərkəzi Xəstəxanasının rəhbəri kimi Bəxtiyar Haqverdiyevin deyil, sabiq baş həkim Gülnar Abbasovanın adı qeyd olunub(?) Hər-halda bu sətirlər yazılanda Ağdam rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində ( http://agdam-ih.gov.az/page/17.html) məlumat belə idi.

 

 

 

 

 

 

 

Baxmayaraq ki, 2015-ci ilin sonundan Ağdam Rayon Mərkəzi Xəstəxanasına Bəxtiyar Haqverdiyev rəhbərlik edir. Onun baş həkim olduğu 2016-cı ildə Ağdam Rayon Mərkəzi Xəstəxanası ərzaq məhsullarının satın alınması adı ilə “Grand-02” MMC ilə 62 500 manatlıq maliyyə əməliyyatı həyata keçirib. Ağdam Rayon Mərkəzi Xəstəxanasının “Grand-02” MMC-dən hansı ərzaqları aldığını bu xəstəxanada müalicə olunmuş xəstələr və onların doğmaları daha yaxşı bilir. Bu istiqamətdə yenixeber.org-a daxil olan məlumatda isə qeyd edilir ki, “Grand-02” MMC-i ilə, xəstəxananın sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmiri işlərinin satın alınması adı ilə 61 800 manatlıq maliyyə əməliyyatı həyata keçirdiyi “Tayqa-85” MMC eyni ünvanda, Bərdə rayonu, Bərdə-Yevlax Yolu, ev 866 Qəsəbə, m. 8/56 ünvanında yerləşir. Bu isə hər iki MMC-nin eyni şəxsə məxsus olduğu qənaətini doğurur. Baxmayaraq ki, rəsmi sənədlərdə “Tayqa-85” MMC-yə Taleh Məhhəməd oğlu Məmmədovun, “Grand-02” MMC-yə isə Elvin Yusif oğlu Tağıyevin rəhbərlik etməsi qeyd olunub. Bu iki şirkət cəmi dörd gün fasilə ilə 2015-ci ilin dekabrında- “Tayqa-85” MMC 10.12.2015 tarixdə, Grand-02” MMC-i 14.12.2015 tarixində yaradılıb.

Bundan bir neçə gün sonra isə hər iki MMC-i iki böyük tenderin qalibi olub(?) Bu MMC-lərin Ağdam Rayon Mərkəzi Xəstəxanası ilə maliyyə əməliyatlarını ciddi araşdırmaya ehtiyac var. Əməliyyatlar necə gerçəkləşib? Büdcə vəsaitinin taleyi necə olub? Hansı maraqlara xidmət olunub? Və s. Bu və digər suallara cavab tapılmalıdır.    

Maraqlııdr ki, Ağdam Rayon Mərkəzi Xəstəxanası maşın və avadanlıqların satın alınması adı ilə “Azər İnşaat 2012” MMC-i ilə 10687 manatlıq, sair xərclər üzrə satınalmalar adı ilə 8075 manatlıq, avadanlığın satın alınması adı ilə 5870 manatlıq, inventarın satın alınması adı ilə 17095 manatlıq, yumşaq inventarların satın alınması adı ilə 15181 manatlıq, kommunal və kommunal xərclər üzrə satınalmalar adı ilə 6175 manatlıq, dəftərxana və təsərrüfat xərcləri üzrə satınalmalar adı ilə  9500 manatlıq maliyyə əməliyyatı həyata keçirib. Azər Həsən oğlu Mirzəyevin rəhbərlik etdiyi “Azər İnşaat 2012” MMC-i Ağdam rayon Quzanlı qəsəbəsində qeydiyyatda olsa da, onun bu qəsəbədə hansısa bir maddi-texniki bazasının olması ilə bağlı bilgi yoxdur. Hətta MMC-nin harada yerləşdiyi belə məlum deyil. Belə bir MMC-nin bir neçə, tamamilə fərqli sahələr üzrə əməliyyatları həyata keçirməsini isə təsəvvür etmək belə mümkünsüz görünür. Məşhur “obnaliçka” əməliyyatlarını xatırladır.

Eyni ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına cari təmir işlərinin satın alınması adı ilə “İnşaatçı-M.S” MMC-nin həyata keçirdiyi 25 min manatlıq maliyyə əməliyyatı kimi... Yeri gəlmişkən qeyd edək ki, “İnşaatçı-M.S” MMC-i Bərdə şəhəri Nizami küçəsi ev 151-də yerləşir.

Biz hörmətli baş həkimin bütün hədə-qorxularına baxmayaraq, qarşıdakı günlərdə bu məlumatları araşdırmaqla mövzunu davam etdirməyə qərarlıyıq. Ümüd edirik ki, qarşı tərəf “daşı ətəyindən töküb”, bu məlumatlara aydınlıq gətirəcək. Dövlətin hazırkı məlum maliyyə-iqtisadi durumunda büdcə vəsaitinin xərclənməsi xüsusi ilə həssaslıq tələb edir. Bu reallığı isə hər kəs kimi Bəxtiyar Haqverdiyev də bilməmiş deyil...

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024