Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (12-09-2017, 13:54)
“Məni Zakir Fərəcovun ədalətsiz hökmündən xilas edin...”

Sumqayıt icra başçısının iş adamlarını aldadaraq şəhərin abadlaşdırılmasına xərclədikləri pulları qaytarmaması barədə Realliq.info – da yazılar dərc olunub. Həmin yazılarda qeyd olunurdu ki, icra başçısı Zakir Fərəcov dövlətin ayırdığı milyonları mənimsəməsi ilə yanaşı iş adamlarının da pullarını qaytarmaması narazılıqların yaranmasına səbəb olub. 11 iş adamının ölkə başçısına, ölkənin birinci xanımına müraciətlərinə baxmayaraq icra başçısı öz qanunsuz əməllərindən əl çəkməməkdədir.


11 iş adamı ilə yanaşı Sumqayıtın abadlaşdırılması üçün Zakir Fərəcov tərəfindən aldadılaraq hüquqları pozulmuş “Azər-İnşaat-2009” MMC-nin direktoru, hazırda həbsdə olan Müqayis Verdiyevin Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova müraciəti diqqət çəkir.
Xatırladaq ki, Müqayis Verdiyev Sumqayıt Şəhər Bulvarının salınmasında əsas rol oynayan və 12 milyon manatını xərcləyən iş adamıdır. Zakir Fərəcovun yaxın dost adalndırdığı şəxsin sonradan haqsızlıqla üzləşməsi cəmiyyətdə birmənalı qarşılanmamışdı. Onun gözlənilməz həbsi və Zakir Fərəcov tərəfindən haqsızlığa məhkum edilməsi acı gerçəklik olmaqla yanaşı bir məmurun çərçivələrə sığmayan ədalətsizliyidir.
Qanunsuz həbs olunan iş adamı Prezidentə müraciət etdi
Qeyd etdiyimiz kimi 11 aydır ki, həbsdə olan iş adamı ölkənin Baş prokuroruna müraciət edərək baş verən olayların detallarını açıqlamışdı. Həmin müraciətdən sonra Müqayis Verdiyev vəkilləri vasitəsilə növbəti müraciəti Realliq.info – ya göndərib. Iş adamı müraciətini Prezident İlham Əliyevə, birinci – vitse prezident Mehriban xanım Əliyevaya və baş prokuror Zakir Qaralova ünvanlayaraq ölkə başçısına və onun siyasi kursuna sadiqliyini qeyd edib.

İş adamı müraciətində qeyd edir: “Cənab Prezident. Mən sizi dəstəkləyən bir vətəndaş və iş adamıyam. Sizin ölkəmizin parlaq gələcəyi üçün gördüyünüz işlər hər vətəndaş kimi məni də sevindirir və Sizi əmin edirəm ki, həmişə Sizə sadiq olacaq və siyasətinizi dəstəkləyəcəyəm”. İş adamı YAP-ın fəal üzvü olduğunu və Ulu Öndərin davamçısı olan Prezident İlham Əliyevə ölkəmiş üçün gördüyü işlərlə bağlı təşəkkür edib.
Müraciətində Sumqayıtda və Şəhər Bulvarının müasir tələblərə cavab verəcək formada tikilməsində gördüyü işlərdən bəhs edərək qeyd edir: “Məlumunuz olsun ki, mən Sumqayıt Dənizkənarı Bulvarının tikintisini həyata keçirmişəm və tikinti işlərini çox yüksək səviyyədə həyata keçirib vaxtında təhvil vermişəm. Siz, Sumqayıt Dənizkənarı Bulvarının açılışını edəndə açılış zamanı görülən işlərin yüksək keyfiyyətlə həyata keçirildiyini xüsusi olaraq öz çıxışınızda vurğuladınız. Və Sizin bizim gördüyümüz işlərə verdiyiniz bu yüksək qiymətdən mən və mənimlə birlikdə Sumqayıt şəhərinin abadlaşdırılmasında iştirak edən digər sahibkarlar qürur duyduq və böyük sevinc yaşadıq.”


İş adamının görülən işlərlə bağlı Prezidentin verdiyi qiymətdən yaşadığı sevinci Zakir Fərəcov alt-üst edə bilib. Ölkə başçısının iş adamlarının əməyini qiymətləndirməsi Eldar Mahmudov və Akif Çovdarovun dostunun qəzəbinə səbəb olub. Sumqayıt icra başçısı görülən işlərə görə əməyini və milyonlarla pulunu sərf edən Müqayis verdiyevi cəzalandırmaq fikrinə düşüb bunu bacarıb: “Cənab Prezident. Bizim bu sevincimiz və qururumuz çox uzun sürmədi. Çünki işin sifarişçisi olan Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bizə olan borclarını ödəməkdən faktiki olaraq imtina etdi. 

Məlumat üçün bildirim ki, Sumqayıt Dənizkənarı Bulvarının və Sumqayt şəhərinin girişinin abadlaşdırılması ilə bağlı işlərə başlayarkən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məni qəbul etdi və bildirdi ki, büdcədə ayrılan vəsaitlər hələ onların hesabına keçmədiyi üçün tikinti işlərinə sərmayəni öz cibimizdən qoyaq. Buna görə də hələlik heç bir podratçı tərəf olaraq mənim təqdim etdiyim xərclərlə bağlı müqavilə imzalanmayacaq. Lakin icra başçısı mənə bildirdi ki, işlər tamamlandıqdan sonra belə bir müqavilə imzalanacaq və biz çəkdiymiz xərcləri qanuna uyğun şəkildə geri alacağıq. 

Biz razılaşdıq və işə başladıq. Bildiyiniz kimi də işlərimizi vaxtında və yüksək səviyyədə təhvil verdik. Lakin bundan sonra mənimlə çalışan sahibkarlar heç görmədiyi və düşünə bilmədikləri bir müsibətin içinə düşdülər. Ən böyük müsibəti isə mən yaşamaqdayam. Çünki pullarımızı geri tələb etdiyimizə görə Zakir Fərəcov məni həbs etdirdi. Özüm tamamilə müflis durumdayam. Eyni zamanda onlarla iş adamını müflis duruma salmışam və bu məni hər şeydən daha çox narahat etməkdir. Çünki həmin iş adamlarına pullarını geri alacaqları ilə bağlı Memarlıq və Tikinti şöbəsinin müdiri Fəzail Hüseynov mənə və digər sahibkarlara dəfələrlə söz verib. Fəzail Hüseynov bu sözləri məhz icra başçısı Zakir Fərəcovun adından verirdi. İndi isə özüm həbsxana divarları arasında, həmkarlarım isə müflis durumundadır. Bulvarın tikintisinə 12 milyon sərf olunub və sərf etdiyim pulları tələb etdiyim üçün indi haqsızlıqla üz-üzəyəm”.

Qanunsuz həbs olunan iş adamı Prezidentə müraciət etdi
Zakir Fərəcovun bu özbaşınalığına etraz edən iş adamının 11 aydır həbsxanada saxlanması və onun müraciətində qeyd olunan həqiqətləri hamı təsdiq edib. Lakin Müqayis Verdiyev xərclədiyi 12 milyon manatını ala bilmir. Zakir Fərəcov onu susdurmaq üçün ən çirkin yola əl atmaqda və istəklərini qanunsuz əməlləri ilə gerçəkləşdirməkdə davam edir. Müraciətində xərclədiyi pulların rəsmi sənədlərlə olduğunu qeyd edən Müqayis Verdiyev istintaqın ədalətli aparılacağına inanır.
İş adamı müraciətində bildiri ki, dövlət Sumqayıt Şəhər Bulvarının tikintisi üçün lazım olan vəsaiti artıqlaması ilə ayırıb. Lakin həmin vəsaitlər icra başçısının qanunsuz MMC ilə bağladığı müqavilələr əsasında yoxa çıxıb: “Cənab prezident. Sumqayıt Dənizkənarı Bulvarının tikintisi üçün büdcədən ayrılan vəsaitlər sifarişçi tərəf olan Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bilinməyən bir MMC-nin hesabına köçürülüb. Bu vəsait 12 milyondan artıq olub. Bildiyim qədəri ilə həmin dövlət vəsaiti Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı oğlunun adına olan MMC-yə köçürülüb və həmin vəsait saxta qaimələr əsasında nəqdləşdirilərək mənimsənilib”.
Iş adamı müraciətinin sonunda ölkə başçısından ona qarşı olunmuş ədalətsizliyin qanuni araşdırılmasına tapşırıq verməyini və Zakir Fərəcovun qanunlar qarşısında cavab verməsini xahiş edib: “Cənab Prezident. Sizə müraciət edirəm. Mən qanunların aliliynə inanan adamam. Eyni zamanda dövlətimə və Sizə çox sadiqəm. Bu sədaqətimi də 1994-95-ci illərdə dövlət çevrilişlərinə cəhdlər edildiyi zaman sübut eləmişəm. Bundan sonra da hər zaman dövlətimə və Cənab Prezident Sizə sadiq olacağıma da əmin ola bilərsiniz.

Lakin ortada olan vəziyyət doğurdan tükürpədicidir. Bir yandan sırf məmur özbaşınalıqları və mənimsəmələri nəticəsində onlarla sahibkara külli miqdarda ziyan dəyib və onlar faktiki olaraq müflis olublar, digər tərəfdən isə dövlət əhəmiyyətli tikintiyə milyonlarla manat vəsait sərf elədiyim halda bu gün qanunsuz olaraq həbsxanaya salınmışam və haqqımda faktiki olaraq heç bir istintaq işi aparılmır. 
Mən Sizə güvənirəm və Sizdən xahiş edirəm, qanunu və ədaləti təmin edilməsi üçün tapşırıq verəsiniz! Bu böyük korrupsiya və mənimsəmə faktının araşdırılmasını və eyni zamanda həmişə vurğuladığınız kimi sahibkarlığın inkişafına mane olan özbaşına məmurların cəzalandırılmasını təmin etməyi Sizdən xahiş edirəm.


Çox böyük hörmətlə: Qanunsuz olaraq həbs edilən “Azər-İnşaat-2009” MMC-nin direktoru Müqayis Verdiyev”.

Müqayis Verdiyevin icra başçısı tərəfindən aldadılması və digər iş adamları kimi şəxsi vəsaitinin mənimsənilməsi barədə sənədlər Realliq.info – ya təqdim olunub. Lakin rəsmi sənədlərin varlığı və faktların araşdırılması onu həbsxanadan azad etməyib. Zakir Fərəcovun istəkləri hələ ki, qanunlardan öndə gedir. İş adamlarını aldadaraq vəsaitlərini mənimsəyən icra başçısının Dövlətin vəsaitini də saxta MMC-lər adı ilə qohumları vasitəsilə “yox”a çıxarması diqqətdən yayınmamalıdır.

Qanunsuz həbs olunan iş adamı Prezidentə müraciət etdi
Zakir Fərəcovun ətarfındakı insanları həbs etdirməsi və onları istəklərinə tabe etməsi halları ilk dəfə deyil ki, baş verir. Hələ Abşeronda icra başçısı işlədiyi dönəmdə Adil adlı icra hakimiyyəti işçisini həbs etdirən Zakir Fərəcov bir müddət sonra onu azadlığa buraxdırdı. Hazırda Adili Sumqayıtda İcra Hakimiyyətinin Memarlıq şöbəsində vəzifə ilə təmin edən icra başçısı şəhərin qəsəbələrində gedən tikintilərə nəzarəti ona tapşırıb. Belə ki, qəsəbələrdə ev tikən vətəndaşlar Adilin razılığı olmadan iş görə bilməzlər. Sual yaranır: Görəsən Adili həbsə salınmasının və sonradan mükafatlandırılmasının səbəbi nədir? Adilin hansı keyfiyyətləri və hansı qohumu onu həbsdən azad edib icra başçısının sevimlisinə çevirdi? Bu suallara növbəti sayımızda aydınlıq gətirəcəyik.

 

шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024