Karusel / Slayd (29-08-2017, 12:35)
Qazax idmanında səriştəsiz kadr oyunu - İTTİHAM VAR
Sirr deyil ki, mərhum prezident Heydər Əliyevin Azərbaycana qayıdışından sonra idamana olan ciddi qayğı ən pik səviyyəyə çatdı, dünya, avropa və olmpiya oyunlarında həmyerlilərimizin müxtəlif adda idman yarışlarında göstərdikləri qələbələr, əldə etdikləri uğurlu nəticələr ölkəmizə şərəf gətirdi. Artıq Azərbaycan dünyada idman ölkəsinə çevrilib. İdmanda göstərilən uğurlarda Qazaxın da xüsusi payı var. Qazaxın sərbəst güləş üzrə yetişdirdiyi idmançıların bu gün də adalrını şərəf hissi ilə çəkmək mümkündür. Sarı və Kamal Əhmədov qardaşlarının yetirmələri artıq ölkədə ən tanınmış , yüksək titullu məşqçilərdir. Bunlar öz yerində... Əfsuslar olsun ki, Azərbaycanda idmanın inkişafına daha ciddi maraq yaratmaq məqsədi ilə demək olar ki, hər bir rayonda inşa edilən olimpiya idman komplekslərində tanınmış idman simaları kənarda qalaraq idmana aidiyyəti olmayan şəxslər rəhbərlik edir. Necə ki, Qazax rayonunda olduğu kimi. Artıq 10 ildi ki, Qazax Olimpiya və İdman Kompleksi müdir sarıdan əziyyət çəkir. Əvvəllər Azərbaycan Beynəlxalq Bankın, Cahangir Hacıyevin süqutundan sonra Azərbaycan Aqrar-Kredit Bankının nəzdində fəlaiyyət göstərən Qazax Olmpiya İdman Kompleksinin bu günə kimi müdirinin kim olduğundan həm Qazax idmançıları, həm də Qazax sakinləri xəbərsizdirlər. Hər ayın 27 gününü Bakıda və orda-burda keçirən idman kompleksinin müdiri Taleh Məmmədov əslən şəkilidir. Bu şəxsin kimin, hansısa idamana yabançı olan bir məmurun əli ilə müdir təyin edilməsi idmanda sözünü demiş Qazax idmançılarına birbaşa təhqirdir. Adama sual verərlər ki, ürəyi idmanla döyünən bu böyüklükdə Qazaxda bir titullu idmançı yoxdurmu ki, Şəkini basa-basa Qazaxa idmandan xəbəri olmayan kənar bir şəxs müdir gətirilib?.
“Gündəm Xəbər” onu da bildirir ki, bu ilin iyul ayının 14-də Qazax Olimpiya İdman Kompleksi Aqrar-Kredit Bankın nəzdindən çıxarılaraq Azərbaycan Gənclər və İdman Nazirliyinə verildi. Hazırda Qazax Olimpiya İdman Kompleksi MMC adlanır. Adın dəyişdirilməsi ilə əlaqədar kadr islahatı aparlmış, eyni zamanda Taleh Məmmədov olmpiya kompleksində yol verdiyi nöqsanlara görə işindən kənarlaşdırılb. Həmin gündən də kompleksə rəhbərlik sərbəst güləş üzrə Azərbaycanın Əməkdar Məşqçisi, Qazax Gənclər və İdman İdarəsinin müavini Sahib (Şahin) Namazova
tapşırılıb. Özü də necə? Vəzifəsindən kənarlaşdırılan Taleh Məmmədovun yerinə müvəqqəti təyin edilən Sahib Namazov Aqrar-Kredit Bankın Qazax Filialının müdiri Cümşüd Musayevlə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşovun qəbulunda olublar. Rayon rəhbəri də qayda-qanuna müvafiq olaraq təbriklərlə Şahin Namazovu kompleksə göndərib. Qazax idamançılarının və rayon sakinlərinin ürəyindən olan bu müvəqqəti təyinatın sevinci elə də çox çəkmir. Sahib Namazov cəmi 25 gün müdirlik edərək, yenidən azad edilməsi Qazax idamnçılarını hərtərəfli məyus edir. Yenidən bir müddət Bakıda-Şəkidə fırlanan Taleh Məmmədov idmanı sevməyənlərin köməyi ilə Qazax Olimpiya Kompleksi MMC-yə müdir gətirilir. Belə ki, idamanın başında gedən bu oyuna nə ad vemək olar? Qazax Idman Kompleksinin fəliyyətini ağlar günə salan, heç bir idman təhsili olmayan, Bakıda-Şəkidə bizneslə məşğul olan Taleh Məmmədov yuxarıda qeyd etdiyimiz kimi ayın 27 gününü iş yerində tapılmır. Deyilənlərə şübhə ilə yanaşaraq onu yerində yoxlamaq qərarına gəldik. Doğurdan da, bağlı qapısını döyməkdən yorulduq. Quyudan səs çıxdı ki, Taleh Məmmədov kimi “idmançının” əyləşdiyi otaqdan səs çıxmadı. Hələ bu günə kimi bir dəfə də Qazax idamançılarını başına toplayıb onların problemləri ilə maraqlanmayan, kompleksdə onlara yaradılan şəraitdən söz açmayan Taleh Məmmədov aldığımız məlumata görə ona çatan 1000 manat əməkhaqqı ilə kifayətlənmir. Su hovuzundan, futbol meydançasından və digər idman qurğularından gələn mükəmməl gəlir müdirin kassasında cəmləşir. Yığılan vəsaitin hara xərcləndiyini və haraya mədaxil edilməsini özündən savayı bir kimsə bilmir. Taleh Məmmədovu demək olar ki, həmişə onu müavini, qol güləşi üzrə əməkdar məşqçi Azər Əliev əvəz edir. Ona isə heç bir səlahiyyət verilməyib. Yəni Azər Əliev o günə düşüb ki, müavinə aid olan iş prinsipindən belə xəbərsizdi. “Gündəm Xəbər”ə deyilənlərdən belə nəticəyə gəlmək olur ki, Taleh Məmmədovun özbaşınalığını, onun birbaşa əmək intizamını pozaraq işə laqeyidliyini bilənlər də Qazax idmanına qənim kəsilənlərdir. Belə başa düşürük ki, bu məsələdən Qazax RİH-nin başçısı Rəcəb Babaşovun xəbəri vardır. Ancaq… Necə olur ki, Qazaxda hər bir işə diqqətlə yanaşan, xüsusilə də əmək intizamına ciddi fikir verən, yerində olmayan kadrları cəzalandıran Rəcəb Babaşovun möhtəşəm bir idaman kompleksinə rəhbərlik edən Taleh Məmmədovdan xəbəri yoxdur? Vardırsa demək kiminsə tapşırığına görə susmağa üstünlük verir? Bu isə xoş xassəli xəstəliyə bənzəyir.