Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-08-2017, 09:54)
“Mən yəni bu qədər qudurmuşam ki…” - Astan Şahverdiyev

“Mən yəni bu qədər qudurmuşam ki…” - Astan Şahverdiyev

 

Deputat Astan Şahverdiyev daha bir açıqlaması ilə cəmiyyətin qəzəbinə tuş gəlib. Bundan əvvəl o, Rusiyaya işləməyə gedənləri “otxod” adlandırmış, ardınca baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Mercedes Gelandewagen” avtomobili ilə qəza törətməsini danaraq, onu müdafiə eləmişdi.

Dünən isə onun “Qarabağ” futbol klubunun qələbəsi haqda dediyi fikirlər rezonans doğurub. Belə ki, deputat A24.az-ın əməkdaşı ilə söhbətində “Qarabağ”la maraqlanmadığını deyib: “Moskvadan həmin oyunu izləyirdim. Orada klub haqqında çox gözəl ifadələr səsləndirilirdi. Çox sevindirici bir haldır ki, “Qarabağ” futbol klubu Çempionlar Liqasının qrup mərhələsinə düşüb. Bu bütöv Azərbaycanın qələbəsidir. Lakin bir futbol klubu kimi ”Qarabağ" məni maraqlandırmır. O zaman çox sevinərik ki, torpaq kimi qaytarılar. Bu, artıq bayram olar".

Deputatın bu açıqlamasının mətbuatda ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə dərc olunması isə müzakirələri daha da genişləndirib.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı “Yeni Müsavat”a danışan məsələ ilə bağlı deputatın özü ilə əlaqə saxladıq. Astan Şahverdiyev mətbuatda fikirlərinin təhrif olunduğunu dedi:

- Mən o cür fikir səsləndirməmişəm. Bu haqda məndən açıqlama alan müxbirlə də danışdım. O bildirdi ki, yazını ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığı ilə verməyib. Yalnız digər mətbuat orqanları açıqlamamı bu cür başlıqla dərc edib. Mən qeyd etmişdim ki, “Qarabağı”ın qələbəsi təkcə idmanımızın deyil, həm də siyasi qələbəmizdir, beləliklə, ermənilərin burnu bir daha “ovuldu”. Yəni bu cür demişəm. Bəs məni niyə belə “bəzəyirlər”? Nə məqsədləri var?! Müxbirlə söhbət etdikdən sonra mənə bildirdi ki, bu haqda təkzib verəcək. Daha bilmirəm onu dərc edəcəklər, ya yox, bu onların öz vicdanlarına qalıb, artıq heç nə deyə bilmərəm. Məni məcbur edirlər ki, ““Qarabağ”ın qələbəsi məni maraqlandırmır" başlığını qoyan mətbuat orqanları haqda Baş Prokurorluğa müraciət edim. Axı nə qədər insana böhtan atarlar?! Belə olmaz axı!

- Bundan əvvəl verdiyiniz açıqlamalar da qalmaqal yaratmışdı.

- Təbii ki, bir insan kimi mənim bu məsələyə münasibətim mənfidir. Düşünürəm ki, onlar düz yolda deyillər. Bilirsizmi, belə şeylərlə mənə təsir etmək mümkün deyil. Mənim həm əqli, həm də hər cürə immunitetim onlarınkından qat-qat çoxdur. Mənə təsir edə bilməzlər. Kimsə məqsədli şəkildə bunu təşkil edir və bu cür hərəkətlər edir. Bir daha qeyd edirəm, belə olmaz. Axı böhtan-şər atmaq insanlara yaraşmaz. Bu İslama, müsəlmançılığa sığmır. Bunlar nə qədər bu cür yol tutacaqlar?! Hamısı da cavan uşaqlardır. Onlar indidən belə başlayıblarsa, gələcəkləri nə olacaq?

- Ümumiyyətlə, “Qarabağ FK”nın bundan əvvəlki oyunlarını izləyirdinizmi, azarkeşisinizmi?

- Elə bir azarkeşiyəm ki, bəlkə heç ölkədə mənim kimi 1-2 azarkeş ola, ya olmaya. Bəli, “Qarabağ” idmana böyük yeniliklər gətirdi, ölkəyə bu cür sevinc bəxş etdi. Klubun Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasının həm də siyasi mənası var. Mən həm bir vətənpərvər, həm də idmanı xoşlayan bir insan kimi deyə bilərəm ki, onun qələbəsinin mənası çox böyükdür, bəlkə də ağlasığmazdır.

- Klubun bundan sonra da uğur qazanacağına inanırsızmı?

- Hamısını izləyirəm. Elə bu gün axşam püşkatma mərasimi olacaq. Allaha dua edirəm ki, bu münasib bir püşkatma olsun, klub bundan sonra da “pleyy-of”a çıxsın. Mən bunu arzulayıram. Nə qədər ki, “Qarabağ” müvəffəqiyyətli oyun göstərəcək, ermənilər bir o qədər yanıb-töküləcək. Məsələn, aprel döyüşləri zamanı Fransada idim. Həmin vaxt ermənilərin bizim səfirliyi necə mühasirəyə alıb, daş-qalaq etdiklərinin şahidi olmuşam.

“Qarabağ” mənim gözümdür, ürəyimdir. İndi təsəvvür edin ki, elmlər doktoru, professor, Avropada tanınmış alim bu qədər qanmazdır desin ki, “Qarabağ məni maraqlandırmır”? Bu mümkünsüzdür. Mən heç elə söz deyə bilərəm? Mən yəni bu qədər qudurmuşam ki, belə söz deyim?! Görün insanlar nə günə qalıb ki, açıqlamamın içindəki sözü götürüb başqa cür yozurlar.
Hər şeyin təhəri var da. Kişi mübarizəsini də kişi kimi aparar.

шаблоны для dle 11.2

Xəbər lenti
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024