Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-12-2016, 17:47)
Çinin əhalisinin sayı niyə çoxdur?

İnsanlar dünyanın hər yerində bərabər sayda deyillər. Çin və Hindistan ərazisində insanların sayı digər ölkələrlə müqayisədə daha çoxdur.

 

Mediatv.az adıçəkilən ölkələrdə əhalinin sayının nə üçün daha çox olmasının səbəblərini araşdırıb. İlk olaraq bildirək ki, bu qısa araşdırma zaman bir çox maraqlı məqamlarla rastlaşdıq.

 

Bildiyimiz kimi, tarix boyu insanların sıx məskunlaşdığı ərazilər yaşam üçün əlverişli şəraitini olması ilə birbaşa bağlı olub. Sənaye inqilabından əvvəl insanlar ehtiyaclarını qarşılaya biləcək mənbələrə, ərazilərə daha yaxın yaşayırdı. Yəni bir bölgənin iqlimi, torpaqlarının məhsuldarlığı əlverişli, habelə su kimi təbii ehtiyatlarla bol olduğu halda insanlar yaşamaq üçün həmin diyara üz tuturdular. Təbii ki, bütün ehtiyaclar qarşılandığı, əlverişli yaşam tərzi olan yerlərdə əhali daha sürətlə artırdı.

Buna ən yaxşı nümunə olaraq Şərqi Çini göstərmək olar. Çində tarix boyu düyü istehsalı yüksək məhsuldarlığı ilə seçilib. Düyü xüsusilə Uzaq Şərq mətbəxinin ən sevimli ərzağıdır.

İndi çox haqlı olaraq sual verə bilərsiz ki, düyü hara, əhalinin say nisbəti hara? Lakin bu iki məsələ bir-biri ilə sıx bağlıdır desək, yalan olmaz.

Düyü geniş tarlalarda əkilməsi zəruri olan məhsul növüdür. Təbii olaraq geniş, ucsuz-bucaqsız tarlaları idarə edə bilmək üçün insan sayının çox olması vacib amildir. Bu səbəbdən qədim dövrlərdə ailələr tarlada çoxlu işçi qüvvəsinə sahib olmaq üçün daha çox uşaq dünyaya gətirirdilər. Təbii ki, o dövrdə də bu vəziyyəti nəzarət altına alacaq təşkilat yox idi. Zamanla əhali sayında yüksək dərəcədə artım baş verdi.

Aşağıdakı fotoda düyü istehsalçısı olan ölkələr və bu ölkələrin düyü istehsalının həcmi yer alıb.

 

Eyni zamanda düyünün qida dəyərinin yüksək olduğu üçün insanlar düyü hesabına rahatlıqla doyurdular. Bu da insanlara çoxalma baxımından bir növ güvən vermişdi (10 uşağım olsa da düyü ilə qarnını doyduraram məntiqi ilə).

Çinlilərin daha çox uşaq dünyaya gətirməsinin digər səbəbi isə “çox insan, daha güclü birlik və ordudur” məntiqi idi.

Əhali sayının həddindən artıq artması səbəbi ilə Çin 1979-ci ildə “tək uşaq siyasəti” deyilən sistemə keçdi və bu sistem ilə orta hesabla 400 milyon yeni uşağın doğulmasının qarşısı alındı.

Çin və Hindistan kimi ölkələr bu səbəblərdən hazırda Dünya əhalisinin 35%-dən çoxunu təşkil edirlər.

Mənbə: alberteynisheydi.com

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024