Karusel / Slayd (15-09-2016, 13:12)
Özəlləşdirmənin büdcənin formalasmasında rolu
Milli valyutanın xarici ölkələrin valyutasına nisbətən devalvasiyaya məruz qalması, digər tərəfdən isə neftin qiymətlərinin beynəlxalq bazarlarda qiymətdən düşməsi nəticəsində,çoxları elə fikirləşirdi ki, nəzərdə tutulan büdcə gəlirləri baxımından ciddi problemlər olacaq. Eyni zamanda elə fikirləşirdilər ki , bu sadalanan bu problemlər ölkədə qiymətlərin qalxmasına, belə hal isə öz növbəsində əhalinin maddi vəziyyətinə mənfi təsir göstərəcək.Lakin ölkə rəhbərinin apardığı təxirəsalmaz tədbirlər nəticəsində gözdənilən bu halların heç biri baş vermədi. Aparılan araşdırmalar göstərir ki, qeyd edilən məsələlərlə əlaqədar olaraq ölkədə sosial-iqtisadi vəziyyət öz ciddiliyi ilə ölkə gündəmini zəbt etmişdir. Bu baxımdan 2015-ci ilə qədər görülən işlərin də qiymətləndirilməsi zəruridir. Ən azı ona görə ki, ölkənin sosial iqtisadi böhran dövründən çıxmağın əsas yollarından biri də qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Bunun üçün də ölkədə sahibkarlığın inkişafı ilə bağlı addımların təhlili və qiymətləndirilməsi maraq doğurur. Bu baxımdan Dövlət Statistika Komitəsinin(DSK) məlumatlarına əsasən ölkədə iqtisadiyyatın bütün sahələri üzrə əgər 196,9 min təsərrüfat subyekti özəlləşdirilmişdirsə bu göstərici ilbəil (24,5%) artaraq2013-cü ildə 260,6 min təsərrüfat subyekti olmuşdur.
Cədvəl 1 Kiçik sahibkarlıq subyektlərinin sayı
|
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
İqtisadiyyatın bütün sahələri üzrə - cəmi |
196 972 |
204 960 |
205 028 |
207 120 |
223 547 |
248 288 |
260 563 |
ondan fiziki şəxslər – fərdi sahibkarlar |
182 268 |
186 491 |
186 765 |
192 588 |
210 643 |
234 634 |
246 102 |
Mənbə: stat.gov.az
Ölkədə özəlləşdirmə və kiçik sahibkarlıqla əlaqədar vəziyyəti qeyd etməkdə əsas məqsəd ondan ibarətdir ki, milli iqtisadiyyatın dayanıqlı və rəqabətə davamlı olması üçün əvvəlcədən iqtisadi inkişaf üçün baza yaradılmışdır. Ölkə iqtisadiyyatında rəqabətin təmin edilməsinin yollarından biri də məhz kiçik sahibkarlığn yaratdığı məhsulun ÜDM-də xüsusi çəkisi ilə bağlıdır. Bununla bağlı beynəlxalq təcrübə göstərir ki,kiçik sahibkarlığın yaratdığı məhsul ÜDM-də xüsusi nə qədər çox olarasa deməli ölkədə rəqabətin səviyyəsi bir o qədər yüksək olar. Belə ki, 2007-ci ildə kiçik sahibkarların məhsul buraxlışının həcmi 5,8% olmuşdursa bu göstərici 2013-cü illə müqayisədə 4,6% artaraq 10,4% səviyyəsinə çatmışdır.
Cədvəl 2 Ölkədə kiçik sahibkarlıq subyektlərinin məhsul buraxlışının həcmi
İllər |
2007 |
2008 |
2009 |
2010 |
2011 |
2012 |
2013 |
Ölkə üzrə - cəmi milyon manat |
1 653,5 |
2 475,7 |
2 910,2 |
3 835,5 |
4 208,5 |
5 100,6 |
6 072,6 |
ÜDM-in həcmi milyon manat |
28 360,5 |
40 137,2 |
35 601,5 |
42465,0 |
52082,0 |
54 743,7 |
58182,0 |
kiçik sahibkarların ÜDM-də payı(%) |
5,8 |
6,2 |
8,2 |
9,0 |
8,1 |
9,3 |
10,4 |
Mənbə: stat.gov.az
Kiçik sahibkarların sayının ildən-ilə artması və bunun da nəticəsində onların istehsal etdiyi məhsulun ÜDM-də xüsusi çəkisinin artmasında ədalət naminə qeyd etmək lazım dir ki Əmlak Məsələləri Dövlət Komitəsinin də müsbət mənada payı vardır. Hakimiyyətə sadiqliyi ilə seçilən komitə sədri çox hörmətli cənab Kərəm Həsənovun fəaliyyətinə nəzər saldırda aydın olur ki, ölkədə isər əmlak məsələlərinin özəlləşdirilməsi istərsə də vətəndaşların əmlakının qeydiyyat məsələsi beynəlxalq standartlara uyğun olaraq elektonrlaşdırılmış və əhaliyyə xidmət səviyyəsi yüksəlmişdir.
Əfqan Bəhluloğlu