Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (2-07-2015, 23:42)
Özəlləşdirmənin iqtisadi inkişafa təsiri

 

 

Son dövrlər dünya iqtisadiyyatında qloballaşma prosesinin sürətli inkişafı mülkiyyətin dövlətsizləşdirilməsi və özəlləşdirilməsi istiqamətində həyata keçirilən islahatların, eləcədə onun səmərəli təşkili məsələləri də müxtəlif səviyyəli müzakirələrin daima obyekti olmuşdur. Özəlləşdirmə prosesi tarixən bütün dövlətlərin iqtisadi siyasətinin gündəmində olan əsas mələlərdən biri olmuşdur. Bu problemi zəruri edən amillər isə iqtisadiyyatın dövlət tənzimlənməsi,  onun reallaşdırılması mexanizmləri, mülkiyyət hüquqlarının bölgüsü, yenidən bölgüsü və idarəetmə  məsələləri ilə bağlıdır. Ötən əsrin 70-ci illərində qərb iqtisadçıları özəl müəssisələrə nəzərən dövlət müəssisələrinin qeyri-effektiv fəaliyyət göstəricilərini əsaslandıraraq, dövlət mülkiyyətinin daha çox hissəsinin özəlləşdirilməsinin tərəfdarı kimi çıxış edirdilər.

Bu baxımdan  qeyd edilən amilləri Azərbaycan respublikasının mövcud realıqları prizmasından nəzər salsaq görərik ki, iqtisadiyyatın bütün sahələri üzrə ölkədə 260 563 sahibkarlıq subyekti fəaliyyət göstərir ki, bu da 2012-ci illə müqayisədə 5% artım deməkdir. Ümumiyyətlə özəlləşdirmə prosesinə nəzər salsaq görərik ki, bu istiqamət üzrə hər il artan dinamika ilə davam etmişdir. Bu isə onu deməyə əsas verir ki, ölkənin su sektoru üzrə işlər etibarlı əllərdədir.

Dövlət əmlakının özəlləşdirilməsi haqqında Azərbaycan respublikası qanunun 13-cü maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsində investisiyalara dövlət təminatı və investorların hüquqlarının və qanuni mənafelərinin qorunması Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçirildiyindən sahibkarlıq subyektlərinin əsas kapitala investisiya qoyuluşlarının həcmi də ildən-ilə artır. Belə ki, Dövlət Statistika komitəsinin məlumatlarına əsasən sahibkarlıq subyektləri əsas kapitala  2013-cü ildə 486,3 milyon manat vəsait yerləşdirmişlər ki, bu da ölkənin stabil iqtisadi inkişafına xidmət edir. Burada məraqlı məqam ondan ibarətdir ki, sahibkarlıq subyektləri əsas kapitala  2013-cü ildə qoyduqların investisiyaların cəmi 12% Bakı şəhərində olduğu halda, 11,1%Gəncə-Qazax iqtisadi rayonunda, 5% Aran iqtisadi  rayonunda, 3,1%Şəki-Zaqatala iqtisadi rayonunda qeydə alınmışdır.  Yəni qeyd edilən istiqamət üzrə ölkənin regionları da aktiv iştirak edir. Ölkənin regionları üzrə özəlləşdirilən müəssisələrdə çalışan muzdlu işçilərin sayı isə  108976 nəfərdir. Sahibkarlıq subyektlərinin iqtisadi fəaliyyət növləri üzrə məhsul buraxlışının həcmi isə 6,1 milyard manat səviyyəsində olmuşdur. Eyni zamanda sahibkarlıq subyektlərinin pərakəndə ticarət dövriyyəsi isə 778,3 milyon manat səviyyəsində olmuşdur.

Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlar üçün əlverişlilik və operativliyin təmin olunması, daşınmaz əmlakın qeydiyyatında vahid idarəçilik və prosedurların sadələşdirilməsi istiqamətində tədbirlərinin uğurla davam etdirməsi, eləcədə Komitənin müasir texnika və texnologiyanın naliyyətlərindən istifadə edərək əhaliyə göstərdiyi yüksək keyfiyyətli xüdmətlər əhalinin əmlak məsələrinin rəsmiləşdirməsinə marağını və  həvəsini artırmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin yanvar-mart aylarında ölkədə 49 minə yaxın daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydə alınmışdır.  Aparılan qeydiyyatın 11 mindən çoxu  (23.3 faizi) ilkin, 38 minə yaxını (76.7 faizi) isə təkrar qeydiyyata aiddir. Bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə  11,1% artım qeydə alındığını görə bilərik. Aparılan statistik araşdırmalar göstərir ki, cari ilin yanvar-mart aylarında 35 mindən çox daşınmaz əmlaka texniki pasport tərtib edilib, 9 min ipoteka müqaviləsi, qeydiyyatına alınmışdır. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 33 mindən çox məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 6 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilmişdir.

Ümumiyyətlə, qeyd edilən faktlar onu göstərir ki, ölkədə Əmlak Məsələləri kifayət qədər yüksək və beynəlxalq standartlar səviyyəsinə uyğun şəkildə qurulmuşdur ki, bu da vətəndaşların rahatlığına, iqtisadiyyatın davamlı və dinamik inkişafına  xidmət edir. Şübhəsiz ki, ölkənin Əmlak Məsələlərinin belə yüksək keyfiyyətli qurulmasında Komitə Sədri cənab Kərəm  Həsənov xidmətləri böyükdir.   

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024