İqtisadiyyat / Slayd (7-05-2015, 22:09)
Ölkədə iqtisadi inkişafın dayanıllığının təmin olunmasında özəlləşdirmənin rolunun qiymətləndirilməsi
Ölkədə iqtisadi inkişafın dayanıllığının təmin olunmasında özəlləşdirmənin rolunun qiymətləndirilməsinə keçməzdən əvvəl ilk növbədə ölkədə özəlləşdirmə ilə bağlı sahəyə rəhbərlik edən şəxs barədə məlumat verməyi məqsədə uyğun hesab edirəm. Qeyd olunanla bağlı bir maraqlı faktı xatırlatmaq istəyirəm ki, hər bir insanın saflılığı və fəaliyyəti ilə bağlı mütərəqqi təcrübənin öyrənməsi səviyyəsi onun fəaliyyətinə birbaşa təsir edir. Bu baxımdan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Sədri Kərəm Həsənovun fəaliyyətinə baxış fikrimizcə, çox milyonlu oxucularımız üçün də maraqlı olar.
Apardığımız araşdırmalar göstərir ki, Kərəm müəllim orta məktəbi əla qiymətlərlə başa, Azərbaycan Dövlət İqtisad Unverstetini isə fərqlənmə diplomu ilə bitirmişdir. Kərəm müəllim hələ orta məktəb illərində respublikanın paytaxtı da daxil olmaqla müxtəlif bölgələrində təşkil olunan riyaziyyat olimpiyadalarının iştiraçısı və qalibləri sırasında olması, digər tərəfdən Komitə sədrinin əmlak məsələlərinin idarə edilməsi ilə bağlı mütərəqqi dünya təcrübəsinin kifayət qədər mükəmməl səviyyədə mənimsəməsi onun fəaliyyətində də açıq aydın öz müsbət çalarları ilə biruzə verir. Belə ki, komitənin fəaliyyəti ilə bağlı əhalinin maarifləndirilməsi və məlumatlandırılması ilə bağlı görülən elektron xidmətlər, istər əmlakın özəlləşdirilməsi, istər dövlət reystir xidməti ilə bağlı olan məsələlərin sistemli və məntiqi ardıcıllıqla göstərilməsi ədalət naminə qeyd etmək lazımdır ki, işin kifayət qədər yüksək və keyfiyyətli qurulmasından xəbər verir.
Aparılan statistik tədqiqatlar göstərir ki, 2014-cü ildə ölkədə ÜDM-in həcmi 58977,8 milyon manat səviyyəsində olmuşdur ki, bununda 82% özəl sektorun payına düşür. Ölkədə özəlləşdirilən sahələrin sayı artdıqca təbii olaraq özəl sektorunda ölkənin əsas makroiqtisadi göstəricilərindən hesab edilən ÜDM-ində həcmində payı artmışdır.
Statistik araşdırmalar göstərir ki, qeyri-neft sektoru üzrə ölkədə yaradılmış əlavə dəyərin 5,4%,ümumi mənfəətin-3,5%, işçilərin orta illik sayının 8,1%, əsas kapitala yönəldilən investisiyaların 3,8% və ölkə üzrə illik dövriyyənin 20% məhz özəl sektorun payına düşür. Bütün bunlar ölkədə iqtisadi inkişafın dayanıllığının təmin olunmasında özəlləşdirmənin payından xəbər verən statistik faktlardır.
Cədəvəl 1 Sahibkarlıq subyektlərinin statistik göstəriciləri
Göstəricilər | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 |
Yaradılmış əlavə dəyər, milyon manat | 449,2 | 718,7 | 844,8 | 1 120,0 | 1 227,0 | 1 346,5 | 1 620,0 |
Ümumi mənfəət, milyon manat | 41,7 | 51,9 | 65,8 | 78,3 | 85,3 | 122,8 | 165,4 |
İşçilərin orta illik sayı, min nəfər | 92,1 | 103,2 | 105,9 | 93,2 | 90,2 | 95,5 | 109,0 |
Orta aylıq nominal əmək haqqı, manat | 170,7 | 182,1 | 195,2 | 207,0 | 222,2 | 263,3 | 303,5 |
Əsas kapitala investisiyalar, milyon manat | 289,4 | 371,2 | 289,3 | 276,3 | 737,6 | 531,6 | 486,5 |
Dövriyyə, milyon manat | 1 653,5 | 2 475,7 | 2 910,1 | 3 835,5 | 4 208,5 | 5 100,6 | 6 072,6 |
Mənbə: stat.gov.az
Cədəvəl 1-in məlumatları göstərir ki, özəl sektorda orta aylıq nominal əmək haqqının səviyyəsi də iqtisadi inkişafa uyğun olaraq artır. Bu göstərici 2013-cü ildə 303 manat olmuşdur.
Ölkədə iqtisadi inkişafın dayanıllığının təmin olunmasında özəlləşdirmədən və icarələrdən daxil olan vəsaitlərin də xüsusi əhəmiyət daşıyır. Belə ki, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi ilə bağlı da kifayət qədər böyük həcimdə dövlət büdcəsinə vəsaitlər daxil olur. Təkcə 2013-cü ildə dövlət əmlakının özəlləşdirilməsindən 35 274 min manat, 2000-2013-cü illərdə isə 533 641 min manat, icarə haqqı kimi isə 2013-cü ildə 6532 min manat, 2000-2013-cü illər ərzində isə 53 026 min manat vəsait daxil olmuşdur.
Beləliklədə araşdırmalar göstərir ki, ölkədə iqtisadi inkişafın dayanıllığının təmin olunmasında özəlləşdirmənin, eləcədə, Əmlak Məsələləri Dövlət Komitəsinin rolunu danılmazdır. Bu isə qeyd edilən komitədə işlərin kifayət qədər yüksək səviyyədə qurulduğunu xəbər verir.
Əfqan Bəhluloğlu