Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (2-09-2016, 21:50)
Keçmiş məmurun evindən pulla dolu seyfi aparıblar...

Keçmiş məmurun evindən pulla dolu seyfi aparıblar...

 

Mübariz Mədətovu qarət edənlər məhkəmə qarşısına çıxarılır
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti sədrinin sabiq müavini Mübariz Mədətovun mənzilindən içərisində külli miqdarda pul olan seyfi oğurlamaqda təqsirləndirilən Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Ruslan Nabatov və Sabirabad rayon sakini, 1979-cu il təvəllüdlü Ramil Bağırovun cinayət işi üzrə məhkəmə istintaqı başlanıb. 
Qaynarinfo.Az virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Səbuhu Hüseynov sədrlik edir.
İttihama görə, Ruslan Nabatov tanışı Ramil Bağırovla birlikdə 17 may 2016-cı ildə gecə saatlarında Mübariz Mədətova məxsus Bakı şəhəri, Zirə qəsəbəsi, dəniz sahilində yerləşən bağ evindən içərisində 40 min evro və 10 min dollar olan dəmir seyfi talamaqla  zərərçəkmişə külli miqdarda ziyan vurublar.
Bu, həmin Mübariz Mədətovdur ki, oğlunun güdazına gedərək işdən çıxarılıb. O, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsində çalışarkən ölkə başçısının göstərişi ilə işdən çıxarılıb. Buna səbəb isə M.Mədətovun oğlu Xalid Mədətovun idarə etdiyi “Mercedes Galendewagen ” markalı avtomobillə Zığ şossesində böyük sürətlə hərəkətdə olarkən Binə qəsəbəsi yaxınlığında içərisində xalq artisti Ağasəlim Abdullayevin ailəsinin olduğu “Jiquli”ni vurub. Nəticədə ailənin 2 üzvü həlak olub, qalanları yaralanıb. Bu hadisə geniş rezonans doğurub və prezident İlham Əliyev Mübariz Mədətovu vəzifəsindən azad  edib. Oğlu isə hazırda həbsxanadadır.
Bəs bu başıbəlalı keçmiş məmurun bağından həmin soyğunçuluq hadisəsi necə baş verib? İstintaq materiallarına əsasən zərərçəkmişin dəniz sahilində ərazisi 5 hektar olan həyət evində, yaxud malikanəsində təmir işləri aparıldığından orada  çoxsaylı fəhlələr işləyib. Evin açarı isə keçmiş məmurun tanıyıb etibar etdiyi Anar Zabirovda olub.  A.Zabirov orada işləməklə yanaşı, həm də fəhlələrə nəzarət edib.
A.Zabirovun uşaqlıq dostu, taksi sürücüsü işləyən Ruslan Nabatov onun M.Mədətova məxsus bağ evində işləməsindən xəbərdar imiş. Bir neçə dəfə Anarla birlikdə həmin ünvana da gəlib, ustalara kömək edib. Sonuncu dəfə keçmiş məmurun bağ evinə təşrif buyuran Ruslanın diqqətini yataq otağındakı dəmir seyf cəlb edib. Seyfin içərisində pul olacağını təxmin edən Ruslan onu necə ələ keçirmək üçün özlüyündə plan cızıb, götür-qoy edib, həyətə giriş-çıxış qapılarını diqqətlə nəzərdən keçirib.
Ruslan cızdığı oğurluq planı barədə tanışı, əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Rusiyada həbs olunan, 2013-cü ildə cəzasını çəkib Azərbaycana dönən Ramil Bağırovu məlumatlandırıb. Ona “sənə bir iş təklif etmək istəyirəm, bilmirəm razı olacaqsan, ya yox, Zirədə bir evdə seyf var, mənzildə heç kim olmur, gedək onu götürək”.
Maddi vəziyyəti ağır olan Ramil Bağırovdan ötrü Ruslanın bu təklifi göydəndüşmə olub. Amma yenə də ehtiyatlanaraq həyətdə gözətçi, kamera olub-olmadığını soruşub. Kamera və gözətçi olmadığını öyrəndikdən sonra gecə saatlarında Ruslana qoşularaq Zirəyə yollanıb. Mənzil başına çatan dostlar ətrafa göz gəzdiriblər, kimsənin olmadığına əmin olduqdan sonra evə yaxınlaşıblar, özləri ilə gətirdikləri fanarla otaqları yoxlayıblar. Hər ikisi köməkləşərək yataq otağındakı seyfi götürüb maşına yerləşdiriblər. Sonra isə heç nə olmayıbmış kimi mənzili tərk edərək yaşadıqları ünvana “Çapayev” küçəsinə gəliblər.
Ətrafdakı zibilliyin yanında seyfi maşından düşürüblər, dəmirlə sındırıblar. İçərisindəki pulları saymadan ciblərinə doldurublar. Maşını Ruslanın yaşadığı küçəyə sürərək orada pulları aralarında bölüşdürüblər. Hadisə barədə heç kimə heç nə deməyiblər. Əldə etdikləri pulla borclarını qaytarıblar, şəxsi tələbatlarına xərcləyiblər.  Ruslan pulun bir qisminə“Priora” markalı maşın kreditə götürüb, bir qismini topazda uduzub.
Baş vermiş oğurluq faktı ilə bağlı cinayət işi açılıb. Keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ruslan Nabatov və Ramil Bağırov saxlanılıb.  Onların hər ikisinə Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb, Xəzər rayon Məhkəməsinin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib. 
Sözegedən cinayət işi üzrə istintaq yekunlaşıb. Cinayət işi üzrə materiallar Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslər məhkəmədə dindiriliblər. Zərərçəkmiş M.Mədətov məhkəmə prosesinə gəlmədiyinə görə proses təxirə salınıb. Məhkəmə M.Mədətov barəsində məcburi gətirilmə ilə bağlı qərar qəbul edilib.Məhkəmə prosesi sentyabrın 6-a təyin edilib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024